Rusiya Ermənilər İttifaqı prezidentinin şirkətinə qarşı məhkəmə iddiası qaldırılıb

Rusiya Ermənilər İttifaqının prezidenti Ara Abramyanın “Soqlasiye” (“Sövdələşmə”) şirkətinə qarşı məhkəmə iddiası hazırlanır.

“Report” “Jamanak”a istinadən xəbər verir ki, şirkət A.Abramyana məxsus olsa da, baş direktor kimi Andrey Çijikovun adı qeyd edilir.

Məlumata görə, 2011-ci ildə bu şirkət “Sərhədsiz xeyriyyə” fondunun həmtəsisçisi “Via Vitalis” şirkətinə Rusiyada böyrək xərçənginə qarşı dərman lisenziyası almaq üçün müraciət edib. Əvvəllər “Soqlasiye” aldığı dərmanların pulunu vaxtında ödəyirmiş. Ancaq bir müddət sonra onlar ödəmələri vaxtında versə də, sonradan əsas göstərmədən “Via Vitalis”in yüz minlərlə dollar məbləğində pulunu verməyib. Bu, “Via Vitalis”i müflis olma səviyyəsinə çatdırıb. Şirkətin baş direktoru İrina Ratmanova “Soqlasiye”yə qarşı cinayət işinin açılması iddiası ilə məhkəməyə müraciət edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar