Türkiyə ilə Azərbaycan arasında “qardaş məktəb” layihəsi

Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası ilə Türkiyənin Bursa Zeki Müren İncəsənət Liseyi (Güzel Sanatlar Lisesi) arasında “qardaş məktəb” layihəsi hayata keçirilib. İki ölkə arasında təhsil sahəsində imzalanmış əməkdaşlıq protokoluna uyğun olaraq sözügedən təhsil ocaqları arasında şagird mübadiləsi, qarşılıqlı səfərlər, birgə sərgi və konsertlərin təşkili və digər fəaliyyətlərin aparılması nəzərdə tutulub.

Bugünlərdə layihə çərçivəsində İncəsənət Gimzaniyasının dəvəti ilə Bursa İncəsənət Liseyindən 15 nəfərlik nümayəndə heyəti Bakıya səfər edib.

Türkiyədən gələn musiqi və rəssamlıq ixtisası şagirdləri azərbaycanlı həmyaşıdları ilə fevralın 15-i, saat 13:00-da İncəsənət Gimnaziyasında birgə tədbir keçirəcəklər.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kəriminin rəhbərliyi ilə baş tutacaq tədbirdə hər iki ölkədən rəsmi şəxslər, məktəb direktorları və görkəmli mədəniyyət xadimləri iştirak edəcəklər.

Qeyd edək ki, “Qardaş məktəb” layihəsi Azərbaycan və Türkiyənin təhsil nazirliklərinin dəstəyi ilə həyata keçirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar