İsrailin Baş naziri korrupsiyada ittiham olunur - Amma postundan getmək istəmir

benyamin-netanyahu-1«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrailin Baş nahiri Binyamin Netenyahu korrupsiyada ittiham olunsa da öz postundan getmək niyyətində deyil.

O, israr edir ki, polisin onu korrupsiyada ittiham etmək barədəki tövsiyyəsi heç bir hüquqi qüvvəyə malik deyil və bu barədə qərarı yalnız prokurorluq qəbul edə bilər.

Məlumat üçün bildirək ki, polis İsrailin Baş nazirini onda günahlandırır ki, guya Netenyahu biznesmenlərdən bahalı hədiyyələr almaq qarşılığında, onlara havadarlıq edib və həm də barəsində tənqidi materiallar dərc etməmək üçün KİV-lə danışıqlar aparmağa cəhd göstərib.

Təhqiqatın nəticələrinə görə, polis Baş nazirə qaşı korrupsiya ittihamı ilə cinayət işi başlanmasını tövsiyyə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar