FTB: ABŞ Milli Təhlükəsizlik Agentliyinə hücum edənlərdən 2-si saxlanılıb

ABŞ Milli Təhlükəsizlik Agentliyinə hücum edənlərdən ikisi saxlanılaraq istintaqa təhvil verilib, biri isə xəstəxanadadır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Federal Təhqiqatlar Bürosu (FTB) bildirib.

Məlumata görə, FTB insidentin münaqişə zəminində baş verdiyini və terrorla əlaqəli olmadığını qeyd edib.

Bundan əvvəl ABŞ-ın Merilend ştatında, Milli Təhlükəsizlik Agentliyinin binası qarşısında atışma olduğu, hadisə nəticəsində 3 nəfərin yaralandığı bildirilirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar