Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırmır

Avropa İttifaqı Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalar artıq tətbiq edib, Moskvaya qarşı digər sanksiyalar gündəmdə yoxdur.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının Rusiyadakı səfiri Markus Ederer bəyan edib.

“Dəfələrlə vurğuladığımız kimi, sanksiyalar özünə məqsəd deyil. Məhdudlaşdırıcı tədbirlər Minsk razılaşmalarının yerinə yetirilməsi ilə bağlıdır. Bu, Aİ-nin sanksiyalarının əsas vəzifəsidir. Hazırda gündəmdə başqa sanksiyalar yoxdur”, deyə diplomat vurğulayıb.

Qeyd edək ki, bu gün ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar