Bakıda yük və minik avtomobilləri toqquşub - 2 nəfər ölüb

Qezada-sinmish-padpres-180912Bakıda ağır yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Qaradağ rayonunda "KamAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücü (şəxsiyyəti məlum deyil) və sərnişini, 1984-cü il təvəllüdlü İsrafilov Sərxan Eldar oğlunun meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar