ABŞ-da məktəbdə atışma olub - 17 nəfərin öldüyü təsdiqləndi+VİDEO

ABŞ-da məktəbə silahlı hücum: 17 nəfərin öldüyü təsdiqləndi ABŞ-ın Parkland şəhərində (Florida ştatı) “Marjory Stoneman Douglas” məktəbində baş verən silahlı insident nəticəsində 17 nəfərin öldüyü təsdiqlənib. APA-nın verdiyi xəbərə görə, bu barədə Brouder dairəsinin şerifi Skott İsrael bildirib.

Onun sözlərinə görə, 12 nəfər məktəbdə, 3 nəfər məktəbin qarşısında güllələnərək öldürülüb, daha 2 nəfər isə xəstəxanada keçinib. “Ölənlər arasında həm şagirdlər, həm də böyüklər var”, - deyə S.İsrael əlavə edib. Yaralıların sayını açıqlamayan polis nümayəndəsi bir neçə nəfərin xəstəxanada əməliyyata götürülüldüyünü təsdiqləyib.

“Məktəbdə atəş açan 1999-cu il təvəllüdlü Nikolas Kruz saxlanılıb. Bundan əvvəl o daxili nizam-intizam qaydalarını pozduğuna görə məktəbdən xaric edilib”,- deyə S.İsrael bildirib.

***

ABŞ-da məktəbdə silahlı insident baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Parkland şəhərində (Florida ştatı) qeydə alınıb.

İlkin məlumata əsasən, məktəbdə baş verən atışma nəticəsində azı 20 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar