CABBAROV 3 VERGİ ƏMƏKDAŞINI RÜŞVƏT ALARKƏN YAXALATDI! - Adlar (Yenilənib)

Yeni vergilər naziri Mikayıl Cabbarov tərəfindən Vergilər Nazirliyində işdən çıxarılmış üç əməkdaş rüşvət alarkən yaxalanıb. Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.

İnformasiyaya əsasən, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin əməkdaşları olmuş Nurlan Hüseynzadə, Cavid İsgəndərov və Emin Rəsulov Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyicilərindən, özlərini Vergilər Nazirliyinin əməkdaşları adı ilə təqdim edərək rüşvət alarkən saxlanılıblar.

Onlar Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması Departamenti tərəfindən ifşa olunublar.

Hazırda saxlanılan şəxslər barəsində müvafiq araşdırmalar aparılır. Vergilər Nazirliyinin keçmiş əməkdaşlarından izahatlar alınıb.

***

vergilerVergilər naziri Mikayıl Cabbarov daha 2 nəfər vergi orqanı əməkdaşını işdən azad edib. "Ölkə.Az"ın əldə etdiyi məlumata görə, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları - Nurlan Verdiyev və Cavid (soyadı bizə məlum deyil - müəllif) Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyicilərindən rüşvət alarkən saxlanılıblar.

Sözügedən şəxslər Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması Departamenti tərəfindən ifşa olunublar.

Hazırda saxlanılan şəxslər barəsində müvafiq araşdırmalar aparılır.

Qeyd edək ki, rüşvət alarkən saxlanılan Nurlan Verdiyevin atası Mübariz Verdiyev isə bu ilin yanvar ayında Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin şöbə rəhbəri vəzifəsindən azad olunub.

635x100

Şərhlər

vergi ödəyicisi 2018-02-15 23:22:41

Vergi əməkdaşların rüşvət alması elə bil təzə xəbərdi.Allah sizi güldürsün.Bu işlərdan biz yorulmuşuq,siz hələ indi yazırsız.onlar indi tutuldu. bir yaxşı məsəl var :TUTULMAYAN OĞRU,DOĞRUDAN DA DOĞRU.

valeh 2018-02-15 23:22:41

sahıbkarların maraqlarına uyğun vergi dereceleri müeyyen edilmese sahıbkarlıq maraqlı ve celbedici sektor kimi gencleri celb etmeyecek. her kes dövlet memuru olmağı üstün tutacaq ve neticede işleyen sinif azalacaq , yeyen sinif artacaq ki, sonda bu netice kütlevi işsizlik yaradacaq. o üzden tecili dinamik şekilde vergiödeyenlerin sayını artırmaq vergi derecelerini azaltmaq lazımdır. yeni işçi sayını artıran kiçik sahıbkarlara vergini azaltmaq lazımdır.

məmməd 2018-02-15 23:22:41

Hələ ki, Vergilər Nazirliyində heç bir yenilik hiss olunmur.Belə ki,Şəki-Bazar ASC-də yenə də qanunsuzluqlar, Vergidən yayınma- lar hökm sürür.Bazardan yığılan xidmət pullarının 90%-i ciblərə,10%-isə cəmiyyətin kassasına mədaxil olunur.İldə ən azından 500,0-600,0 min manat vergidən yayınaraq dövlət büdcəsinə ziyan vururlar.Nazirlik başda olmaqla, vergi əməkdaşları tərəfindən göz yumulur.Bazarın qanunsuz fəaliyyətini hansı məmur müdafiə edirsə,vergi əməkdaşları onlardan kəçinirlər. Məmur cəsarətli olmalıdır?

valeh 2018-02-15 23:22:41

kiçik ve orta biznese elave imkanlar açmaq lazımdır . çox sade münasibet sistemi qurmaq lazımdır.onları mühasib işe celb etmeye ve ya mühasibler ofisi ile müqavile baglamağa mecbur etmek kiçik sahibkara elave xerclere başa gelir. neticede biznes rentabelsiz olur. vergi idaresi özleri bu işleri aparsa bu sahibkara destek verer. neticede qarşılıqlı portnyorluq ve etimad artar. ortada özünü mühasib adlandıran dellallar sahibkarları vergiler idaresi önunde çıxılmaz veziyyete salmaz.

Axundov Cahangir Ələkbər o. 2018-02-15 23:22:41

Mikayıl bəy! işçisi 50 nəfər,aylıq alış-verişi 500 min manat olan bir müəssisənin rüblük bank,əmək haqqı və material sənədlərini nizamlayıb maliyyə balansını Vərgilər Nazirliyinə edə bilərsənmi?

valeh 2018-02-15 23:22:41

vergi mecellesi kütlevi sahibkarlığa tekan verecek felsefeye uyğun yeniden işlenmelidir. kiçik ve orta sahibkarlıga geniş heveslendirme ve kamfort atmosferı yaratmalı rahat , tehlükesiz , maliyye risklerinden mühafizeye zemanetli fealiyyet imkanları vermelidir. dövlet sahibkarlarla onların elde etdiyi gelirin deqiq olaraq neçe faizini alacağını müeyyen etmelidir.bu 20faizden artıq olmamalıdır. alınacaq vergiler müeyyen edilerken birinci plana sahibkarlığın ve ümumi iqtisadi inkişaf önde olmalıdır.

Rahim Axundov 2018-02-15 23:22:41

Azərbycanda bir xəstəlik var.Yeni gələn rəhbər əvvəlkini pisləyir və onun barəsində düşmən obrazı yaradır.Fazil 17 il vergi naziri işləyib və nazirlikdə çoxlu yeniliklərə imza atıb.Fazilin vaxtı ilə balalarını vəzifəyə qoyduğu yüksək rütbəli məmurlar indi onu müdadiə eləmir.Həyat yoldaşım təhsil nazirliyi sistemində çox əziyyət çəkir. Onu futbol topu kimi ora-bura atırlar.Təhsil nazirliyində konkret bir yazılı qayda yoxdur ki, onu əldə rəhbər tutub müəllim məktəbdənkənar fəaliyyətin təşkil etsin

Fuad 2018-02-15 23:22:41

Heçnə də yaxşı olmayacaq mənim əzizlərim

Aliyar 2018-02-15 23:22:41

.... KORRUPSİONER MƏMURLAR 25 İL TALAYIBYAR ÖLKƏNİ,ƏHALİNİ. İNDİ ADAMIN İNANMAĞI GƏLMİR Kİ NƏ İSƏ YAXŞI OLACAQ.

turan 2018-02-15 23:22:41

Təhsil sistemində hansısa bir yeniliyi hiss etdinizmi öz həyatınızda kresloda qocalmış rektorlar ,təıhsil şöbə rəisləri və s yenisi ilə əvəz edildimi..xeyr əlbəttdə..

oxucu 2018-02-15 23:22:41

M. Cabbarov, senin CESARETIN CHATACAQMI ki, " YUXARI" -da "AKULA"-lari da HEBS EDESEN ? Xirda "PESHKALAR"- in HEBSINE - "КРАТКОВРЕМЕННАЯ, САМОРЕКЛАМНАЯ ПОКАЗУХА" tedbiri deyirler ruslar. Tehsil Nazirliyinde, sen nazir kimi, CIDDI MUBARIZE APARMADIN rushvetxor - korrupsioner rektorlara, prorektorlara, dekanlara, telebelerden imtahanlarda pul yiqanlara, rayonlarin tehsil shobesindeki korrupsionerlere qarshi. Mekteb direktorlarinin shagirdlerin valideyinlerinden pul yiqmasinin qarshisini ALMADIN.

m m l 2018-02-15 23:22:41

uqurlar size

Hasan 2018-02-15 23:22:41

Fazil Memmedovun son kadrları işden çıxarılanadek ve öz adamlarını onların yerine teyin edenedek bu tedbirler davam etdirilecek. Sonra olacaq köhne hamam, köhne tas.!

İLHAM 2018-02-15 23:22:41

AY MİKAYİL QAĞA YETİM YESİRİ TUTDURMAĞA NƏ VAR Kİ, O YANİNDA OTURUB, MİLLƏTİN MALİNA PULUNA OZLƏRİNƏ MİLYONLARLA MALİKANƏLƏR, BAHALİ MASİNLAR, SAYSİZ HESABSİZ OBYEKTLƏR, ARVADLARİNA KULLU MİQDARDA BAHALİ DAS-QAS ALAN GENERALLARDAN BAŞLA. BU BİNAVA XİRDA BALİQLAR BİR PARCA YEM UCUN UZURLƏR. AKULAARA YAXİN DURA BİLMİRSƏNSƏ DAHA SƏNƏ NƏ SOZUMUZ!...

Son yazılar