AKADEMİKİN “ÖLÜM VƏ VERGİ” HAQDA ƏMİNLİYİ... – “Pul kisəsi, yoxsa həyat?”

Səmədzadənin kənd təsərrüfatı və vergilər barədə fikirləri niyə etirazla qarşılanır?

Əksər ağsaqqal alim, məmur və deputatlarımızın ayrı-ayrı tədbirlərdə səsləndirdikləri fikir və təkiflərə diqqət yetirəndə, toplum olaraq düşdüyümüz durumun səbəblərini anlamaq və dəyərləndirmək xeyli asanlaşır. Hadı Rəcəbli, Arif Rəhimzadə, Abid Şərifov, Hacıbala Abutalıbov və adını çəkmədiyimiz onlarla məqam və şörət sahibləri var ki, az qala ictimaiyyət qarşısındakı hər çıxışları ilə yeni “şedevr” yaradır və tarixə düşə bilirlər.

Təəssüf ki, son fikirləri ilə bu sıraya qoşulmağa namizədlər arasında hörmətli akademik Ziyad Səmədzadə də görünməyə başlayıb. Əlbəttə ki, hətta kababxana işlədən də “müəllim” deyə çağırılan bir məmləkətdə akademik adı daşımağın hansı xüsusi mənəvi zövq verdiyi barədə bir şey deyə bilmərik, bunu hörmətli akademiklərimiz daha yaxşı bilər. Ancaq onu deyə bilərik ki, bu titullar dünya elminə hansısa qlobal yeniliklər bəxş etməsə də, onları daşıyanlara kifayət qədər komfortlu həyat bəxş edə bilib...

Ziyad müəllimin “Vergilər. Şəffaflıq. İnkişaf” adlı konfransda səsləndirdiyi əsas iki fikrə diqqət yetirməmək mümkün deyil. Bunlardan birincisi, Z.Səmədzadənin sonradan akademik şəkildə inkar etmək istədiyi kənd təsərrüfatının vergiyə cəlb olunması fikridir: “Azərbaycanda əhalinin 35-36%-i kənd təsərrüfatı sahəsində çalışır. Biz də bu sahəni vergidən azad etmişik. Onların vergiyə cəlb edilməsi sahəsində müəyyən addımlar atmalıyıq”. Bunu Azərbaycan iqtisadiyyatını və əhalinin sosial durumunu a-dan z-yə qədər bilməli olan Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri deyir. Bundan sonra sosial şəbəkələrdə hörmətli akademik kəskin tənqid olundu. Bu mövzuda sağlam tənqidi isə gözardına vurmaq düzgün olmazdı. Məsələ ondadır ki, kənd əhalisinin vəziyyəti vergisiz-filansız da ürəkaçan deyil. Kəndlər onsuz da boşalır, işçi qüvvəsi paytaxta və xarici ölkələrə axır, qalanlar isə gözlərini ailədəki qocaların pensiyasına və sosial müavinətlərə dikib. Elə kənd yoxdur ki, mağazalarının nisyə dəftərləri borcluların adı ilə boya-boy dolu olmasın və sair.

Kənddə azdan-çoxdan istehsal olunan məhsullarınsa nəinki xarici ölkələrə satılması, hətta paytaxta gətirilməsi belə, bir çox maneələrlə qarşılanır və əksər hallarda sərf etmir. Məsələn, son zamanlarda Ağdam-Bərdə zonasında yerkökü sahələrində məhsul yığımı mənasız işə çevrilmişdir. Qiymətlər kəndçiyə sərf etmir, məhsulun xaricə çıxarılması imkanları isə məhduddur. İndi beləsindən necə vergi tələb edəcəksiniz? Oxşar durum digər məhsullarla da bağlı yaşanır.

Təbii ki, ola bilsin Z.Səmədzadə vergitutma obyekti kimi, iri fermer təsərrüfatlarını nəzərdə tutur ki, bunlara da əsasən quşçuluq və heyvandarlıq müəssisələri daxildir. Ancaq bu ideyanın da həyata keçirilməsi yaxşı heç nə vəd etmir. Çünki verginin tətbiqi mütləq kənd təsərrüfatı məhsullarının bahalaşmasına gətirəcək və əhalinin əhəmiyyətli kəsimi üçün əlçatmaz olacaq, necə ki, heç indi də çoxları üçün əlçatan deyil.

Akademikin ikinci fikri: "Mən bir daha əmin oldum ki, dünyada iki şeyə çarə yoxdur: bir ölümə, bir də vergiyə".

Lap rusların tez-tez yada saldığı məşhur «Кошелёк, или жизнь» ("Pul kisəsi, yoxsa həyat") ifadəsi yada düşür. Hörmətli Ziyad müəllimin bu cümləsinin öz mahiyyəti və dərinliyinə görə bir akademikə (!) nə dərəcədə yaraşdığını söyləmək bizim həddimizə deyil. İnanırıq ki, bu fikri bir qədər ironik formada səsləndirib... Çünki elə onunla eyni tədbirdə çıxış edən yeni vergi naziri dedi ki, bu sistemdə bir sıra iri şirkət və şəxslərin himayə edilməsi halları var. Bu o deməkdir ki, külli miqdarda vəsait vergidən yayındırılıb və ölən-filan da olmayıb, deməli vergiyə çarə var! Amma baxır kimlər üçün...

Həmin tədbirdə çıxış edən digər ağsaqqal deputat Vahid Əhmədov isə əksinə, verginin az qala ölüm hökmünə çevrilməsinin düzgün olmadığını dedi: “Vergilər Nazirliyi xətti ilə büdcəyə 6,5-7 milyard manat həcmində vəsait daxil olur. Bu vəsait kifayət qədər böyükdür və onun yığılmasında çətinlik yaranır. Hesab edirəm ki, Vergilər Nazirliyi bu kimi yükün altına tək girməməlidir. Götürüb Vergilər Nazirliyinin adına 7 milyard yazmaqla deyil ki. Mən burda hər şeyi açıqlamaq istəmirəm…”

Deputat doğru deyir, ancaq sona qədər demir. Deyir hər şeyi açıqlamaq istəmirəm. Sual olunur – niyə? Bu, şəxsi məsələdirmi, yaxud dövlət sirridirmi? Əlbəttə yox. Buna deyirlər “oxu atıb, yayı gizlətmək”. Əksinə, problemi açmaq və həqiqəti söyləmək deputatın birbaşa vəzifəsidir! Elə bu faktın özü, bizim bir çox sahələrdə olduğu kimi, deputatlar sarıdan da analoqumuzun olmadığını sübut edir…

Bir də ki, olmazmı hörmətli iqtisadçı-akademik Z.Səmədzadə büdcənin, nə yolla olursa-olsun doldurulmasına diqqət yetirdiyi qədər, büdcə vəsaitlərinin necə xərclənməsi prosesilə də maraqlansın. Bu, Maliyyə Nazirliyinin və Milli Məclisə tabe olan Hesablama Palatasının işi olsa da, parlamentin komitə sədri kimi, Ziyad müəllimin də ən azı söz haqqı var. Ancaq bu haqdan istifadə edirmi? Axı bir vedrəni, yəni bu halda büdcəni nə qədər doldursan da, onun dibi deşikdirsə, camaata əziyyət verməyin nə mənası qalır? Büdcənin necə xərcləndiyini görmək üçün isə heç akademik olmağa da ehtiyac yoxdur. Büdcədən maliyyələşən dövlət qurumlarının, nazirlik və komitələrin başında duranların, eləcə də büdcə vəsaitləri hesabına həyata keçirilən layihələrin icraçılarının maddi durumuna, həyat tərzinə, mal və mülklərinə diqqət yetirmək kifayətdir.

Vahid müəllimin sözü olmasın: “Mən burda hər şeyi açıqlamaq istəmirəm...”

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

Roma 2018-02-16 00:20:12

Mən bu şərhi yazarkən, artıq 36 şərh var idi və hamısı da birmənalı akademiki necə deyərlər, yıxıb sürüyür, buna görə də mən açığı istəmədim ki, yazım. Yəni, ağsaqqal bir akademik, deputat, Milli Məclisin komissiya sədri və s. və i. bu cür danışırsa, məndə onun elmi titullarına şübhə yaranır. Nə isə ulu Tanrı Millətimizə kömək olsun.

İ.Mustafaoğlu 2018-02-16 00:20:12

Kənd Təsərrüfatı vergidən azad olunmalıdır.Belə ki,kənd təsərrüfatı məhsullarının istehsalı üçün böyük əmək sərf olunur. Məhsulların yetişməsi zamanı onu bazara çıxardıb satanda,onun qiyməti çox-çox ucuz olur,bəzən istehsal etdiyin məhsulun dəyəri, xərclədiyin pulun dəyərini ödəmir.Bundan başqa elə torpaqlarımız varki,su cəhətdən böyük çətinliklər var,suyun dərdindən həmin torpaqlar əkilib-becərilmir.Ziya müəllim bir iqtisadçı kimi Verginin yığılmasının əsas nöqtələrini göstərmək əvəzinə,baş aldadır........

valeh 2018-02-16 00:20:12

kend aile fermer teserrüfatların inkişafı üçün heyetyanı saheye bitişik pay torpaqları olan kend mehellelerinde mini istixanalar, mini fermalar etlik, südlük, ve kend toyuğu yetişdirilmesi üçün üstde metal torla örtülü yaşıllıq saheleri teşkil edilsin. bu işler ABAD xidmeti terefinden idareetmeye alınsın .burda ciddi erzaq bolluğu imkanları vardır. bu potensialı dövletin ciddi desteyi ile herekete getirilse kütlevi meşğulluq tam temin oluna biler. bu saheye yeni xarici texnologiyanı qoşmaq lazımdır.

valeh 2018-02-16 00:20:12

kend aile teserrüfatların inkişafı üçün her aileden bir nefer bitkilere aqrotexniki qulluq qısamüddetli kurslara mecburi celb edilmelidir. kurslarda eyani derman vasiteleri .ve başqa mexaniki vasitelerle işleme bacarığı her kese öyredilmelidir. kend teserrüfatı akademiyası xüsusi proqramlarla her ay müdavimleri temin etmelidir.yeni texnologiya tecili her müdavime öyredilmelidir ki, mehsul istehsal sirleri artıq her kese belli olsun.bu sirleri bilmeyen fermerler çekdikleri eziyyetin behresini ala bilmirler.

Axundov Cahangir Ələkbər o. 2018-02-16 00:20:12

Hörmətli redaksiya!Ziyad deyiləndən MM-ə deputat yox, debitor seçiləndən zəhləm gedirdi.Dövlətin büdcəsini talayıb,vergiləri yeyən hakimiyyətə yarınan Ziyad kimi iri vəzifə sahibləridirlər.Üzləri arxalarından qırmızı. Fakt:1.Keçmiş mtn,2.ABB,3.Rabitə və İnformasiya Texnologiyalar nazirliyi,4."Azərkosmos Səhmdar Cəmiyyəti. ASC kosmosa peyk ucurdub 60.1 milyon manat xərcləyir 15-20 milyon pul götürür."Akademik" deyilən ABŞ-a baxsın görsün kənd təsərrüfatına vergi tətbiq edirmi.Gərək iki gözdən olasan ki,

Quliyev Elxan Sarı o. 2018-02-16 00:20:12

Hörmətli redaksiya hər şeyi acıq deyirəm.30 ildən yuxarı başmühasib vəzifəsində işləmişəm. Müstəqilliyi qazanandan bəri eşşək həkimini can həkimi vəzifəsinə təyin edirlər.Kənd tərrufatında işlədiyim müddətdə ət məhsulları istehsal edən müəssisələrə hər ay və ilin sonuda dövlət tərəfindən dotasiya verilirdi.Bitkiçilik məhsulu istesal edən müəssisələr isə vergiyə cəlb olunmurdu. İstesalı və maliyyəni anlamırlar. ......Belə adamları çoban da təyin etməzlər.

Quliyev Elxan Sarı o. 2018-02-16 00:20:12

Müstəqilliyi qazananandan sonra Vergilər nazirliyində işləyən gədə-güdələr kənd təsərrufatı məhsullarının istesalına verginitətbiqetdilər də və başlarından böyük qələt dartıqlarını da anlayıb vergininləğvinə qərar da verdilər.Kənd təsərrüfatı məhsullarının istesalı tən yarı təbii şəraitdən asılıdır və küllü məbləğdə bahalı dərmanlar tələb edir,həm də bəzən təbii şəraitin pis kecməsindən xarab olmaqla yanaşı gərgin əl əməyi də tələb olunur.Bu sahədə elmi texniki ədəbiyyatı oxumayıb beləsinə razılıq ve

valeh 2018-02-16 00:20:12

vergi siyaseti sahibkarlığın inkişafının terkib hissesine uyğun düşünülmelidir.önce gelir yaranmalıdır ki, sonra vergi tutulsun.sahıbkarların gelirle işlemesine qısqanc yanaşaraq ,daha çox vergi tutumaya deyil , daha çox insanın sahıbkara çevrılmesıne yönelen sıyaset dayanıqlı , dinamik inkişafı temin ede biler. bu meselede yenı vergi siyaseti carı plan maraqlarına deyil, strateji. hedeflere köklenmelıdır. kütlevi sahibkarlığın formalaşması büdce yükünü azalda bilecek ki , bu da esas hedefe nail olmaqdır.

REDAKTOR 2018-02-16 00:20:12

GUNLƏRİİN BİRİNDƏ MOLLA NƏSRƏDDİN DUŞUR CUXURA BAŞLAYİR MƏNƏ KOMƏK EDİN DEYƏ QİŞQİRMAĞA.YOLU KECƏN BİR-İKİ NƏFƏR YAXİNLAŞİR CUXURA MOLLAYA NƏ QƏDƏR DEYİLLƏR Kİ AY MOLLA ƏLİNİ VER SƏNİ CİXARAQ, MOLLA ƏLİNİ VERMİR. AXİRDA BİRİ DEYİR Kİ AYƏ BUNLAR VERMƏYƏ YOX ALMAĞA OYRƏŞİBLƏR, SƏN MOLLAYA DE Kİ A MOLLA ALA TUT ƏLİMİ DEYƏN KİMİ MOLLA İKİ ƏLLİ YAPİŞİR BUNUN ƏLİNDƏN.İNDİ A MİLLƏT BUNLAR VALLAHİ ALMAĞA OYRƏŞİBLƏR.ZİYA 70-Cİ İLDƏN YİĞİR.ERMİTAŞDA OLMAYAN ZİYANİN MALİKANƏSİNDƏ VAR.MİNDİYİ MASİNA VERGİ VERMİR..

valeh 2018-02-16 00:20:12

vergiler sahibkarın gelirinin 20faizinde artıq olmamalıdır ki , sahibkarlığın inkişafı tekan alsın. dsmf 10 faiz olmalıdır ki , resmi maaşlar qeydiyyata 100faiz alınsın. hesabat sistemi mobil telefon üzerinden aparılmalı smsle sade şekilde.kiçik sahibkarlar hesabat sisteminden tam azad edilmelidir. elave mühasibatlıq ve kargüzarlıq xercleri ile yüklenmemelidir.elektron ödeme ile öz kodu ile aylıq vergini ödemelidir. dsmf ve vergi birpencereden idare edilmelidir.rahatlıq ve stressiz fealiyyet mühiti esasdı

ARİF 2018-02-16 00:20:12

TÜRKİYƏDƏ ƏHALİ ŞƏHƏRDƏN KƏNDƏ GÖNDƏRİRLƏR. BİZİMKİLƏR İSƏ KƏNDDƏN ŞƏHƏRƏ QOVURLAR.BELƏ DƏ İŞ OLAR.

Bəhram Qarabağlı 2018-02-16 00:20:12

Kənd təsərrüfatı üzrə də 20 ildə sərvət puluna elə müəssisələr yaratmaq lazımdı ki, bu gün vergi(könüllü) 15-20 milyarda çatsın. Hər vəzifəli isə lətifədəki kimi faydalı sözə, səmərəli işə, heç dolmaya da yox, birbaşa Şaha-xaricə qulluq etməyə çalışır! Statistika üzrə kənd əhalisi 48% dir. "Akademik zəka" isə rayon emal müəssisələri əvəzinə Bakıda qaçqın şəhərcikləri salır ki, qaçqınlar, işğalçılar və havadarları güclü hakimiyyətdən razı olsunlar! Qalan əhali isə özü bilər: yaşar və ya intihar edər?

şamaxılı 2018-02-16 00:20:12

Deputata oxşuyan iqtisadçıSən heç nədanışdığının fərqindəsən?Prezident qeyri-neft sektorunun inkişafı üçün nələr edir...Sən isə görünür bulardan xəbərin yoxdur.Bəsdir ağa qara dediyin.Büdcəni doldurmaq üçün yanında oturan qeyri-qanuni sahibkar deputatların gizlətdikləri vergi vəsaitlərinin gizlədilməsindən danış.Əgər cürətin çatarsa.Bəsdi cəfəngiyyat danışdığın...Yazıqlar olsun bizim xalqa ki onu milli məclisdə belə .... deputatlar təmsil edir....

Redaktor 2018-02-16 00:20:12

Olkəmizdə kəhd təsərufatinin inkişafi mutləqdir. bunun bir əsas səbəbi regionlardan əhalinin mərkəzə kocməsinin qarşisinin alinmasi və kəndlərimizin boşalmamasidir. Bunun ucun təbuii ki dovlət hərtərəfli koməyini əsirgəməməlidir. Kənd təsərufatina ayrilan dovlət vısaiti yada kreditlər bir sira vəzifəli şəxslərin vasitəsilə mənimsənilir, ffermer və ya adi kəndci bundan yararlana bilmir. Amerika kimi nəhəg olkədə bu sahə dotasiya ilə yaşadiği halda Ziya kimiləri buna da goz dikib deyim, məni gunahkar etməyin

Cəmşid İrzaquliyev 2018-02-16 00:20:12

Çox təssüf ki, Azərbaycanda iqtisadi məsələlərə fikir bildirənlər sırasında Ziyad bəy kimi keçmişdən qalma fikirlərindən dolayı arqumentlər irəli sürən səlahiyyət sahibləri də var. Bəli bu gün Ölkə əhalisinin 30-35% -dən çoxunu kənd camatı təşkil edə bilər. Birincisi bu o demək deyil ki, onlar hamısı torpağa sahibdirlər. İkincisi bu torpaqlar kimlərin əlindədir, nə vəziyyətdədir və o torpaqlar istifadə olunur ya olunmur. Üçüncüsü, Ziyad bəy bilirmi ki, reallıqda Ölkənin kənd təsərrüfatı məhsullarına təlabatın xarici idxaldan asılılığı neçə faizdir. Dördüncüsü Ziyad bəy bilirmi ki, bu gün əksəriyyət fermərlərin əlində vəsait və texnika olmadığından onlar yüksək faizli bank kreditlərindən və Aqrolizinlərdən asılıdırlar. Belə bir vəziyyətdə olan və bəzi sahələri hətta dotasiya ilə işlədiyi bir vaxtda Kənd təsərrüfatının vergiyə cəlb edilməsi əcabə nə qədər məntiqlidir. Qaldıki də məhrum Prezidentimiz Heydə Əliyev 90-cı illərin ikinci yarsında bu sərəncamı verəndə kənd təsərrüfatındakı durumu qiymətləndirib də vermişdi. Hər halda Ziyad bəy nə məntiqi ilə, nə də dünya görüşü və uzqgörənliyi ilə bağlı Heydər Əliyev ola bilməz. Ona görə də Ziyad bəyə tövsiyyə edərdim ki, fikiri burada mən də varam və yaxud da söz xatirinə bildirmək lazım deyil. Olaki də ölkənin seçgilərə getdiyi bir zamanda. İnşallah Ziyad bəy bu fikir o aspektdən söyləməmişdir. Qaldıki də ağıllı iqtisadçı o məclisdə yaxşı olardı bəzi vergi növlərindəki vergi yükünün azaldılması məsələsini qoyardı. Hansı ki, o vergi növləri uzun illərdir ölkə iqtisadiyyatında ikili uçotun formalaşdırılmasında və eyni zamanda da rüşvətxorluğun artmasına stimul olmuşdur.

Mahir Əliyev 2018-02-16 00:20:12

Ziya Hilal Əsədovla yaxın qohumdur.Deməli hər ikisinin ....var.Hilala da Ziyaya görə toxunmurlar.

Bizim hara getdiyimizi bilən var??? 2018-02-16 00:20:12

Mən bir məqamı başa düşmürəm – büdcəyə çatışmayan vəsaitlərin axtarılması üçün başqa mənbə yoxdur ki, inkişaf etdirilməsi mütləq zəruri olan sahə (ərzaq təhlükəsizliyi, əhalinin məşğulluğu, həyat səviyyəsi, iqtisadiyyatın ümumi inkişaf sürəti baxımından) vergiyə cəlb olunur??? Hər il Dövlət büdcəsi Parlamentdə, sizin rəhbərlik etdiyiniz Komitədə müzakirə olunmur- həm qarşıdan gələn illər üzrə, həm də ötən illərin büdcəsinin icrası üzrə??? Hara baxırdınız, nə müzakirə edirdiniz ki, uzun illərdir Dövlət büdcəsi üzrə milyonlar yox, milyardlar buxarlanıb??? İndi kəndli-fermer təsərrüfatlarından hansı məqsədlər üçün vergi toplamaq istəyirsiz – sizin 3000-3500 manata qədərə artmış əmək haqlarınız vaxtında və tam şəkildə ödənilsin??? Kimə lazımdır belə iqtisadçılar, ancaq dövlət büdcəsinə yükdürlər, başqa heç nə!!!

Ehmed 2018-02-16 00:20:12

Celal bey,cox sagolun!Ele o muellimin sozu olmasin mende aciqlamasiz yazdim.

*********** 2018-02-16 00:20:12

Fermerlər torpaq vergisi ödəyir və səhv etmirəmsə, bu vergilər bütünlükdə yerli büdcələrə daxil olur. Deməli akademik Dövlət büdcəsinə daxil olmalı vergilərdən söhbət edir, məhz söhbət, heç bir iqtisadi əsaslanması olmayan söhbət!!! Hansı vergilərdən danışır bu akademik – bir başa vergilər (mənfəət vergisi, gəlir vergisi), yaxud dolayı vergilərdən (ƏDV)??? Kimlər cəlb olunmalıdır bu vergilərin tutulmasına – iri torpaq sahibləri, yaxud kiçik fermerlər??? Vergiyə cəlb olunmanın məqsədi nədir – büdcəyə əlavə vəsaitlərin daxil olması ??? Bu halda vergiyə cəlb olunmadan itkilər hesablanıb – məşğulluq, həyat səviyyəsi, qiymət əmələ gəlmədəki dəyişikliklər və bütün bunların nəticəsi olaraq kənd təsərrüfatı istehsalı səviyyəsində mümkün dəyişikliklər??? Yerlərdə (kəndlərdə) mühasibatlıq, vergi inzibatçılığı nə cür təşkil olunmalıdır??? Bütün bunların gəliri/ziyanı nə olacaq??? Professor, sizin xəbəriniz varki, iri fermer təsərrüfatlarında çalışanların əksəriyyətinin əmək haqları minimum əmək haqqı səviyyəsindən də aşağıdır və əgər vergiyə cəlb olunma gəlir vergisi üzrə həyata keçirilsə məşğulluqda nə dəyişikliklər baş verər??? Təəccüblü deyilki akademiki bu səviyyədə olan ölkənin iqtisad elmi yox səviyyəsindədir....))))))))))

Alpər 2018-02-16 00:20:12

Çox gözəl yazıdır.Hamisi doğrudur.Təşəkkür

Emin 2018-02-16 00:20:12

Verdrənin dibi deşiksə, onu doldurmağin nə faydasi? Əla fikirdi. Dovlət budcəsindən maliyələşən təşkilatlarin rəhbər vəzifəli şəxsləri ilə Maliyyə v. Vergilər Nazirliyi, huquq muhafizə orqanlari arasinda əsl mafiya sovdələşməsi varsa onda doğurdan da vedrənin dibi deşikdi. Millətin əlindən alib vergi adi ilə oz həyatlarini kral yaşayişina dondərən əksər vəzifə sahibinə nə qədər vəsait ayriimasini, vəsaitin hansi hissəsinin kimlərin ğibinə getməsini, kimlər tərəfindən hansi yollarla silinməsini Ziya bilmir?

Макс 2018-02-16 00:20:12

Бенджамин Франклин:«В ЭТОМ МИРЕ НЕИЗБЕЖНЫ ТОЛЬКО СМЕРТЬ И НАЛОГИ».A че этот академик фразу Бенджамин Франклинa присвоил себе ?

laden 2018-02-16 00:20:12

İlahi bu komunistlərdən millətin canı nə vaxt qurtaracaq

AAgahuseyn 2018-02-16 00:20:12

HÖRMƏTLİ CƏLAL MÜƏ. əvvəla Sizin dediyiniz o siyahıya səmədzadələr coxdan daxildir.Yada salın qızının dediyi o fikirlər, indi kim cuşqadır kəndli ya alim.Kəndlər boşalıb CƏLİLABADDA elə kənd var orada ancaq bir necə nəfər yaşlı insanlar qalıb.Bax başəbəla kanyuktur alim.KÜLƏYƏ tərəf qacma.ULU H ƏLİYEV səninkimi alimlərə yaxşı ad qoydu KONYUKTUR.

asim 2018-02-16 00:20:12

Bunların içərisində nəyin ki, akademik, heç magistr səviyyəsində alim yoxdur.Yalançı titulları yığıblar çiyinlərinə.Bu Ziyayanın akademik olub, hansı bir iqtisadi konsepsiyası var? Bunlar heç biri hətta ziyalı da deyillər.

bakili 2018-02-16 00:20:12

pulu qazanmaq ucun reqabetedavamli iqtisadiyyat lazimdir.Monopoliya,qanuna ciddi riayet etmek,tebii ki,normal vergi yiqimi umummilli olmalidir,her sahede,hami ucun.

Həmid 2018-02-16 00:20:12

Kim olursan, nə olursan ol fərq etməz: Fəhlə ol, ziyalı ol, məmur ol, Ziya Səmədzadə kimi Akademik ol, bunlar hamısı 2 yerə ayrılır: Yaxşılara və pislərə. Yaxşılar şətin də olsa insanların yaxşılığına çalışır, pislər isə yalnız özünün yaxşılığına. Özündə iradə, əqidə, kişilik tapan hər kəs təbii ki, yaxşı adam olmağa şalışır. Pislərin isə sozü, təklifi insanların deyil, kiminsə xoşuna gəlmək üçün deyilən sarsaq fikirlərdir.O. kəndə gedəndə yoxsul qohumuna kömək etsəydi bu sözləri heç vaxt söyləməzdi.

adil 2018-02-16 00:20:12

Ziya Səmədzadə.Sən birinci özünün və ailənin müəssisələrindən vergiyə az da olsa ödəniş elə. Başqalarindan vergi müfəttişləri alacaq.Yəqin yeni nazir səndən də vergi alınacaq deyə qarnina sancı dolub .... istəyirsən və istiqaməti dəyişirsən.Ata bala gic-gic fikirlərlə gündəmə gəlirsiniz.Qizin da 1-2 mahni bəstələyib deyə istədi siyasi mənəvi məsələlərə burun soxa.Kənçi şəhərli söhbəti ilə təxribat eləmək istədi burnuna vurdular oturdu yerində.Sizin xəmiriniz təxribatla yogrulub ZİYAN müəllim.

Ali 2018-02-16 00:20:12

Akademik? Bəli Z.Səmədzadə MƏDDAHLIGIN YALTAQLIGIN AKADEMİKİDİR.30 ildir bütün hakimiyyətdə bu "keyfiyyətlərinə" görə təmsil olunur elminə görə yox.İndiyədək bunun elm sahəsindəki hansı bir nailiyyəti bu dövlətə bu xalqa ZİYAndan başqa nəsə verdiyin eşidən olub? Ona görə buna Ziya deyil ZİYAN Səmədzadə deyilməlidir.Bunun AKADEMİK DÜSÜNSƏSİNƏ BAXIN.Ölüb yerə keçmir.

cəngərlik sakini 2018-02-16 00:20:12

akademik müəllim eynəklərini çıxar,AZƏRBAYCANA bir də eynəksiz bax.90 ildir eynəklə baxırsan.TÜRKLƏR demişkən,(AZƏRBAYCANCA YOX)UYAN.

Cəbrayıı 2018-02-16 00:20:12

Səmədzadənu Buradain çıxışı niyə təəcüb doğurmalıdır?Normal iqytisadiyyta malik ölkələrdə dedikləri tətbiq olunur.Ancaq diqqət edin ,bizdə bu əsələlər necə təşkil olunub?İri fermer təsərrüfatları iri buynuzlu məmurların şəxsi mülkiyyəti olduğundan oraya vergi məmurları nəzarə etməkdən uzaqdırlar ( məsələn: broyler,heyvandarlıq,istixanalar və b.k.).Əgər bəziləri vergi ödəsələr belə çox cüzi. Ölkədə nəzarət sisteminin zəif olması belə hallara yol açıb. İkinci tərəfdən bir sıra məmurlar titullarından süni isti

Emin 2018-02-16 00:20:12

Salam!Universitetdə oxuyanda akademikin qardaşi Şamil Səmədzadə (eşitdiyimə gorə rəhmətə gedib.Allah ona rəhmət eləsin)bizə iqtisadiyyatdan dərs deyirdi.Onun düşüncələri fərqli idi.Mənim pay torpaqim var amma ozum əkə bilmirəm çunki xərci borcun odəmir. Gərək əvvəl bu akademikler, vəzifəli şəxslər kəndlinin suyunu,texnikasini, və d. lazimi məsələləri həll etsinlər ki, kənd təsərrufatini verimli duruma gətirsinlər ki sonra da vergi məsələsini gundəmə gətirsinlər.Guyya bilmirlər ki,k/t datasiya ilə işləyir...

Filosof 2018-02-16 00:20:12

Hormetli Vahid muellim,men sizi inandiriram ki, sabiq nazir yeddi nedir,onyeddi milyard toplayirdi.Sadece bunun yeddisi resmlewdirildi.Tak cto narahatciliginiza esas gormurem!!!

pensioner 2018-02-16 00:20:12

Səmədzadə səmərəsiz elm adamı kimi pensiyaya göndərilməlidir ki,evində oturub mürəbbəli çay içsin.İqtisadi islahatlar və iri həcmli işlər onluq deyil.

rasim 2018-02-16 00:20:12

1h torpagdan nə nədər taxıl verdiyini hörmətsiz iqtisadiyyatlı bilirmi

oxucu 2018-02-16 00:20:12

Ziyad Səmədzadə, sen hakimiyyetden TELEB ET : 1)Bash Bankir Elman Rustamovdan TELEB OLUNSUN 700 milyon manat( birinci devalvasiyadan evvel mezenne ile) BORCUNU QAYTARSIN DOVLETE. 2) Fazil Memmedov xarice chixardiqi milyardlarla dollari QAYTARSIN DOVLETE. 3)Ibrahim Nehremli FIRILDAQ lahiye uchun goturduyu texminen bir milyard dollar krediti QAYTARSIN DOVLETE. 4) Rabite nazirin muavini(her ay 30 min manat paket alan) Veliyev QAYTARSIN Dovlete bu pullari. 5)" AKULA" -lar milyardlari QAYTARSIN DOVLETE.

sual 2018-02-16 00:20:12

hakimiyyət kecmişi qaranliq adamlari yuksək vəzifələrə təyi etməklə millətin sozunu deyə biləcək vicdanli insanlari nədən kolgədə saxlayir?

Son yazılar