29 yaşlı kişi dəm qazından zəhərlənib

 

Tovuzda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Səfərov Səfər Firudin oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.

Xəstə təcili yardım briqadası ilə huşsuz vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra xəstənin həyatını xilas etmək mümkün olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar