BÖYÜK TOQQUŞMA TƏHLÜKƏSİ – Suriyada hamı bir-birinə hücum edir!

“Rusiya güman edir ki, ABŞ-ı Suriyadan vurub çıxar bilər”

Aralarında ABŞ-ın da olduğu ölkələrin iştirakı ilə Suriyada gərgin və təhlükəli döyüşlər gedir. Keçən həftə Bəşər Əsəd hökumətinin ordusu ABŞ-ın dəstəklədiyi kürd qüvvələrinə hücum etdi və ona görə də, Amerika artilleriya və aviasiyası onlara güclü zərbələr vurdu.

Bundan üç gün sonra İranın pilotsuz uçuş aparatı İsrail ərazisinə girdiyi üçün, İsrail, Suriya və İran bir-birlərinə qarşı zərbələr endirdilər. Həmin günlərdə İsrail təyyarəsi vurulub yerə salındı. Bu arada isə, Türkiyə öz sərhəddindəki kürd anklavına hücumlarını davam etdirir və eyni zamanda da Amerikan ordusunun yerləşdiyi digər rayona (Membic) hücum edəcəyini bildirir. Suriya hökumət qoşunları və Rusiya gücləri Dəməşqin şərqindəki və şimal əyaləti İdlibdəki müqavimət qüvvələrinə qarşı, kimyəvi silah vasitəsi də daxil olmaqla, zərbələr vurur.

Suriyadakı vətəndaş müharibəsi heç cür səngimir. Əksinə, indiki vəziyyət ABŞ və Türkiyə, İsrail və İran, hətta ABŞ və Rusiya arasında birbaşa münaqişə törədə bilər. Təhlükəni yalnız inandırıcı güc tətbiq edilməsi təhdidi, həm də yüksək səviyyəli diplomatik vasitələrlə azaltmaq olar. Hələlik, Tramp administrasiyasının cavabı zəif görünür.

Bütün bu hərbi fəaliyyətlərin ümumi xarakteri Rusiyanın iştirakı ilə bağlıdır. O, bu döyüşlərdə birbaşa iştirak edir və sülh sazişlərinin imzalanmasında səssiz tərəfdaş və ya vasitəçi kimi çıxış edir. Rusiya qoşunları hücumlar zamanı Əsəd rejiminə kömək edir və onlar İran ilə birlikdə Amerikanın Fərat çayının şərqindəki kürd müttəfiqlərinə qarşı suriyalıların hücumunu dəstəkləyə bilərlər. Rusiya prezidenti Vladimir Putin kürdlərə qarşı hücum əməliyyatları keçirmək üçün Türkiyəyə yaşıl işıq yandırıb. O, İsrailin baş naziri Binyamin Netenyahuya zəng etməklə, Suriya və İranın İsrailə qarşı apardığı hərbi fəaliyyətlərinə son qoyub.

Putin Rusiyanın Yaxın Şərqdə mühüm oyunçu kimi Suriyada aparıcı güc olması mövqeyini möhkəmləndirməyə cəhd göstərir. O, bütün bunların hamısını Birləşmiş Ştatlara ziyan vurmaqla edir. Putinin keçən ay BMT-dən yan keçməklə sülh konfransı keçirmək istəyi uğursuzluğa düçar olub. Lakin buna baxmayaraq o, Rusiyanın Suriya münaqişəsində hakim rolundakı mövqeyini gücləndirib. İndi Rusiya münaqişəni ya qızışdıra, ya da sakitləşdirə bilər.

Hər yerdə olduğu kimi, Putinin başlıca vasitələrindən biri -utanmaz ikiüzlülükdür! O, Suriyanın şimal və cənubundakı “gərginsizlik zonalarında” Türkiyə və ABŞ-la müqavilə bağlayır, sonra isə Suriya və İran qoşunlarına həmin müqaviləni yırtıb atmağa imkan verir. Ötən həftə kürdlərin üzərinə hücum edən zaman rusiyalı zabitlər öz amerikalı həmkarları ilə guya ki, tamamilə heç nədə əllərinin olmadığı kimi əlaqə qurublar. Amma analitiklər hesab edirlər ki, Rusiya bu hücumların planlaşdırılmasına kömək edib və burada rusiyalı “muzdlu döyüşçülər” iştirak edib.

Hərçənd ki, taktiki nöqteyi-nəzərə görə, Amerika ordusu öz müttəfiqlərinin nəzarətində olan Suriyanın şərq və cənubundakı ayrı-ayrı rayonları müdafiə etmək qabiliyyətində olsa da, amma bu ölkədə öz məqsədinə çatmaq üçün Tramp administrasiyasında təzyiq rıçaqları çatışmır. Məqsədlər isə İŞİD-in yenidən dirçəldilməsinə imkan verməmək, İranı Suriyadakı mövqelərində möhkəmlənməyə qoymamaq və Əsəd rejiminin olmayacağı yeni siyasi nizam qaydalarının əmələ gəlməsinə yardım göstərməkdən ibarətdir.

Həmçinin İsrail də, İran ordusunun Suriyadan çıxarılması kimi strateji məqsədinə nail olmaq gücündə deyil. Bunun əksinə, Rusiya, İran və Türkiyə zamanla ABŞ-ı Suriyadan vurub çıxarmağa səy göstərirlər. Bütün bunlar türklərə kürdlər üzərində qalib gəlməyə, Əsəd rejiminin ölkə üzərindəki siyasi nəzarətini tam bərpa etməsinə və İranın İsrailin şimal sərhədlərində möhkəmlənməsinə imkan verəcək. Və əgər Tramp administrasiyası daha aktiv hərbi və diplomatik səylərə hazır deyilsə, onda yuxarıda söylədiyimiz nəticənin baş tutması ehtimalı çox böyükdür.

(“The Wasington Post”)

635x100

Şərhlər

t.ədalət 2018-02-16 09:00:47

Piyada döyüşləri aparmaqda ruslar həmişə zəif olub. Əfqanıstanda və Vyetnamda biz bunun şahidi olmuşuq.L.Tolstoyun "Hərb və sülh" romanında da bu həqiqəti görürük.İkinci dünya müharibəsi zamanı rusiyanın qələbəsini təmin edən "müttəfiq" respublikaların əhalisindən ibarət qoşunlar idi.Rusiya təxribatlar və terror törətməkdə mahirdir.Raket zərbələri ilə dinc əhalini kütləvi qırmaqla birinci yerdədir. ABŞ-ı isə Suriyadan o heç vaxt çıxara bilməz.

Son yazılar