ZAXAROVA ƏLİYEVİN İRƏVAN BƏYANATINI ŞƏRH ETDİ - Bakıdan cavab verildi

zaxarova"İlham Əliyevin hakim partiyanın qurultayında səsləndirdiyi fikirlər gərginliyin azalmasına şərait yaratmır".  "Turan" ın məlumatına görə, bu barədə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova fevralın 15-də keçirilən brifinqdə Əliyevin Yerevan və Zəngəzurun tarixi Azərbaycan əraziləri olduğu və tarixi torpaqların qaytarılmasının Azərbaycanın strateji hədəfi olduğu barədə bəyanatını şərh edərkən bildirib.

"Moskvada, əlbəttə ki, Azərbaycan prezidenti İ.H.Əliyevin hakim partiyanın qurultayındakı çıxışı haqqında məlumatları görüblər. Yaxşı bilirik ki, Azərbaycanın qonşu Ermənistanla münasibətləri həddindən artıq gərgindir. Sözügedən ifadə açıq-aşkar gərginliyin azalmasına şərait yaratmır", deyə Zaxarova bildirib.

Bu şərh Bakının cavab reaksiyasına səbəb olub. Bu gün Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev apa-ya açıqlamasında Zaxarovanın sözlərnin Bakıda "anlaşılmazlıq" doğurduğunu  bildirib: "Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI Qurultayında səsləndirdiyi fikirlərlə bağlı açıqlaması tərəfimizdən anlaşılmazlıqla qarşılandı.Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərini və yüksək səviyyəli dialoqu nəzərə alaraq, dövlət başçısının fikirlərinə bu səpkidə münasibət bildirilməsini düzgün hesab etmirik".yib.

hikmet-xinnnnH. Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət regional sülh və təhlükəsizliyin təmin olunmasına, regional əməkdaşlığın güclənməsinə və potensial regional risklərin aradan qaldırılmasına xidmət edir.

"Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının VI Qurultayında Azərbaycanın tarixi torpaqlarının qaytarılması deyil, azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması məsələsi barədə danışıb. Dövlət başçısının çıxışı müxtəlif dillərində, o cümlədən rus dilində tam tərcüməsi ilə kütləvi informasiya vasitələrində yayılıb.

Tarixin müxtəlif mərhələlərində, o cümlədən də keçən əsrin 80-ci illərinin sonlarında azərbaycanlıların kütləvi şəkildə Ermənistandan zorakılıqla qovulması, Ermənistan ərazisində köklü Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan və məhv edilməsi tarixi faktlardır və sənədlərlə təsbit olunub.

Ümumiyyətlə, Azərbaycan xalqının sülh şəraitində öz tarixi torpaqlarına qayıtması nəyə görə kimisə də narahat etməlidir? BMT başda olmaqla, müvafiq beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in müxtəlif münaqişələrin tənzimlənməsi ilə bağlı bütün sənədlərində insanların öz doğma torpaqlarına, daimi yaşadığı yerlərə qayıtmasının təmin olunması fundamental hüquqlardan biri kimi təsbit olunub. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin vacib tərkib elementlərdən biri də qanlı etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlının öz tarixi torpaqlarına qayıtmasının təmin olunmasıdır.

Ermənistanın hərbi güc tətbiq edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun işğalını davam etdirməsi, Azərbaycana və digər qonşu dövlətlərə qarşı ərazi iddiaları regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir və vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq qəsdən Suriyadan olan etnik erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirir. Ermənistanın siyasi rəhbərliyi ictimai çıxışlarında Naxçıvana və digər Azərbaycan ərazilərinə iddialar irəli sürür, erməni gəncləri qarşısında çıxış edərək “böyük Ermənistan” xülyası naminə onların yeni torpaqlar əldə etmək üçün gələcək müharibələrdə iştirak etməli olduğunu deyir. Ermənistanın konstitusiyasında digər qonşu dövlətə qarşı açıq ərazi iddiaları öz əksini tapıb. Bununla bərabər, ziddiyyətli “Armenian Highland” (Армя́нское наго́рье) mifik ideologiyası əsasında Ermənistanın bütün qonşularına qarşı ərazi iddiaları vardır.

Hesab edirik ki, məsələlərə münasibət bildirərkən onun mahiyyəti dəqiq bilinməli, konteksdən çıxarılmamalı və Ermənistan kütləvi informasiya vasitələri və siyasətçilərinin məqsədyönlü təhrifləri və dezinformasiyasına deyil, bilavasitə ilkin autentik mənbəyə istinad edilməlidir", - deyə XİN sözçüsü vurğulayıb.

635x100

Şərhlər

OQTAY 2018-02-16 16:39:33

Men,ne YAP-ci,nede muxalifetciyem,MILLETIME demek isteyirem ki,Ilham Eliyevin, etrafinda birlesmek lazimdir!!!Masada,ne deyib, qelet edib!!! 100-e,dozen,101-rede dozer,ALLAH,bizimledir.Erdoqanin komeyi ile,butun torpaqlarmiz qaydacaq.Turkiye ile Azerbaycan,torpaqlari tam sekilde birlesecek. BOYUK TURK MILLETI bir balaca sebr,edin!!!

Kəlbecər şərhinə 2018-02-16 16:39:33

.... Əslində, Qarabağ probelinin hüquqi cəhətdən müstəqil deyiriksə, Azərbaycan dövlətindən kənar heç bir quruma, heç bir aidiyyəti yoxdur! Buyursunlar həll etsinlər.

Kəlbecər Qaçqını - na 2018-02-16 16:39:33

Rusiya XIN resmileri - M. Zaxarova ve S Lavrov, ASHAQI RANQ seviyyesindedir ve HEMKAR - BERABER seviyyede OLA BILMEZLER Azerbaycanin prezidenti - RANQI ile MUQAYISEDE. Ermenilerin Daqliq Qarabaqda ermeni dovleti yaratmaq arzusu ILLUZIYADIR. OXU bu meqaleni : Ermənilərin olmayan tarixi və “mədəniyyəti”... "Haylar qədim Hindistanın qərb tərəfində Tamil və Pəncab vilayətlərinin arasında yaşayan çoxsaylı qaraçı tayfalarından biridir." http://www.anl.az/down/meqale/xalqcebhesi/2015/aprel/432323.htm

Kəlbecər Qaçqını 2018-02-16 16:39:33

Düşmənlərə əsas üçünmü, boş-yersiz "matin", "G.M" və "oxucu" şüarları buraxılır? XİN-in Mariya xanıma cavabı da artıqdır. Qlobal siyasət həmkarları İ.Əliyev, M.Zaxarova və S.Lavrov da yalnız zəruri bəyanatları verirlər. 24 il BMT-nin DQarabağ həllindən yayınmağa imkan verən yeganə dövlət Azərbaycanda yeni seçki önü daha hansı möhtəşəm şüarı səsləndirmək olardı? Məgər, M.Zaxarova da Qarabağ hüququnu bərpa etmədən Ermənistan şüarının artıqlığını doğru qeyd etməyibmi?

Seyfəddin Eyvazov 2018-02-16 16:39:33

Şərhləri oxumadım. Mən Ermənistanda -Eçmiadzində Vazgenin kilsəsi ilə divar-divara hərbi qulluqda olmuşam. Erməni millətçilərini bütün mənfi xüsusiyyətçiləri ilə də, sadə erməniləri də görmüşəm. Heç rusları da istəmirlər. Ermənilər dalana dirəniblər. Brejnev vaxtilə onlara düzgün qiymət vermişdi.Bizi vətənpərvərliyimiz birləşdirir. Onlarda daxili inam yoxdur.

Abit 2018-02-16 16:39:33

Buna deyen yoxdu ki get ...

pıs-pısa 2018-02-16 16:39:33

A qadan alım urus ayısı!! Sizə kim söz verib ki, o torpaqları qaytaracaqlar!...... Ermənistan boşalır ......)

oxucu 2018-02-16 16:39:33

Hay S. Kalantaryanin NOKERI - Marfa Zaxaryan, sen, butun dunya xalqlarinin istifade etdikleri QEYRI- ETIK ifadelere LAYIQ OLDUQUNU SUBUT ETDIN... Hindistandan qarachi - HAY tayfasi BUTUN DUNYA OLKELERINE SOXULUBLAR..., bir hissesi de SOXULUB Turkiye ve Irana, SONRADAN, bu oqru - hiyleger- xeyanetkar - satqin haylari, KOCHURUBLER Turkiyeden ve Irandan Cenubi Kavkaza, Rusiyanin KOMEKLIYI ile... Indi ise bu haylara Rusiyadan Putin ve S. Kalantaryan TELIMAT VERIR Azerbaycana QARSHI.

t.ədalət 2018-02-16 16:39:33

Ümumiyyətlə,rusiya tərəfindən səsləndirilən əndrabadi və xəıyanətkar çıxışlara qarşı bizdə susqunluq göstərilir.KİV-də rusiyaya , onun xəyanətkar mövqeyinə təpki göstərilmir.Başa düşmək olmur ki,bizimkilər nəyə xəyanət deyirlər?Məgər,xəyanətin quyruğu olur?Azərbaycan tezliklə məmur və deputat kürsüsünə "əyləşdirdiyi" rus sevdalılarından xilas olmalıdır.Necə ki rusiya ÜAK-ı ləğv etdi,biz də casus şəbəkəsini dağıtmalıyıq.

matin 2018-02-16 16:39:33

Hamı bu rejimin Rusiyanın tapşırıqlarına əməl etdiyini bilir. Seçki qabağı isə bu bir oyuna bənzəyir. Rejim guya müstəqillik göstərmək istəyir, Rusiya ilə hesablaşmır. İlham Əliyev bir şeyi bilməlidir ki, bütün ölkə həm DQ-ın həm də Qarabağın işğaldan azad olmasına görə ona Qızıldan heykəl qoyar. Bizim resurslarımız Ermənistandan dəfələrlə çoxdur. Torpaq düşmən ayağı altında yanmalıdır.T.Ədalət bəy dediyi kimi əvvəlcə rusiya casus şəbəkəsini darmadaın etmək lazımdır. Rus dilini də dövlət qurumlarından təmiz

G.M 2018-02-16 16:39:33

Ey Xalq,Sevimli Millət bir baxın ki..İşğal altındakı torpaqların ``sözlə`` də qaytarılmasını dilə gətirməyə icazə verilmir.Qərbi Azərbaycanın QƏDİM AZƏRBAYCAN TORPAĞI olmasını deməyi bizə yasaq edən bir Rusiya kimi ``zirehli``düşmən, İran kimi qonşu ``zəhərli`` din qardaşımız var.Bunlar hər zaman ayıq-sayıq dayanıb,bizi məhv eləmək üçün fürsət axtarırlar.erməni bunlar üçün vasitədir,bəhanədir.Onları qorxudan bir gün Şimallı,Cənublu birləşmək ,Bütöv AZƏRBAYCAN yaratmaq istəyimizdir.Bizlər isə....

Son yazılar