"Türkiyə ilə birlikdə hərəkət edəcəyik" - ABŞ dövlət katibi

"Bu mərhələdən sonra Türkiyə ilə birlikdə hərəkət edəcəyik".

APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri çərçivəsində Ankarada həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

R. Tillerson bildirib ki, artıq iki müttəfiq ölkə ayrılıqda hərəkət etməyəcək: “Biz birlikdə Suriyadakı bütün problemləri dəyərləndirəcəyik. Birlikdə hərəkət edəcəyik. İŞİD-lə mübarizə aparacağıq. Ərazilərin təhlükəsizliyini təmin edəcəyik. Görüləcək çox iş var. Sürətlə başlamalıyıq. Bu istiqamətdə iş aparacaq ilk qrup martın ortasında toplanacaq. Lakin vacib bir hal olduqda biz gözləməyəcəyik, hərəkət edəcəyik”.

635x100

Şərhlər

t.ədalət 2018-02-16 14:22:30

Türkiyə NATO-nun ərköyün üzvüdür.ABŞ heç vaxt onu itirməz.Şükürlər olsun ki,aradakı um-küsülür yavaş-yavaş çəkilir.Həqiqətən də dostun köhnəsi həmişə dostdur.

Mirzə AĞ 2018-02-16 14:22:30

ABŞ-a inanmaq olmaz, odur ki, atalar demiş "İtlə yoldaş ol, amma dəyənəyi əldən yerə qoyma...". ABŞ-n Türkiyə ilə "birlikdə hərəkət etməsi"nə sionizm imkan verməz - barmaq uzadacaqlar..."

Son yazılar