"Şıxlinskayanın Klinikasında ayda 30 min qazanırdım" - Gginekoloqun ifadəsi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Leyla Şıxlinskayanın Klinikası"nda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayeva və Polad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində əvvəllər "Leyla Şıxlinskayanın klinikası”nda, indi isə "Gömrük Hospitalı"nda mama-ginekoloq işləyən Xalidə Məmmədova ifadə verib: "Klinikada hamilə qadınlar qeydiyyata düşürdü, 9 ay müayinəyə gəlib-gedirdilər. Hər dəfə də ödəniş olunurdu. Doğuşdan öncə də kassaya pul köçürürdü, biz də əməliyyat edirdik".

Təqsirləndirilən Polad Əliyev qeyd edib ki, X.Məmmədovanın rəsmi maaşı 230 manat olsa da, aylıq 25-30 min manat məbləğində maaş alıb.

Faktı təsdiqləyən X.Məmmədova bunun mənimsəməyə heç bir aidiyyətinin olmadığını, işlədiyi müddətdə işinə görə aldığı faizlərlə birlikdə əmək haqqı təxminən 25 min manat olub: "Maaşım 230 manat idi. Amma klinikada xəstələrə görə faizlər də alırdıq. Bu məbləği həmin faizlərə əsasən almışam. 50 faizə işləmişəm. Nə qədər maaş aldığımı xatırlamıram. Məvacib adətən xəstələrin sayından asılı idi. Maaşımı hər ayın axırında Nadya xanımdan götürürdüm. Aylıq qazancım 7-12 min manat olurdu".

Prosesdə digər şahidlərin gəlməsi üçün fasilə elan edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir. Klinikanın fəaliyyəti ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər. Təqsiləndirilən şəxslər klinikadan 700 min manat mənimsəməkdə ittiham olunurlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar