PKK-nın qorxulu yuxusu olan snayperlər Afrinə girdi - Foto

Afrində terrorçulara ağır zərbələr endirən Türkiyə Silahlı Qüvvələri terrorçuların qorxulu yuxusu olan snayperlərini kütləvi halda bölgəyə göndərib. Axar.az xəbər verir ki, xüsusi təlim görmüş, hər cür hava şəraitində hədəfi məhv etməyi bacaran türk snayperləri gecə saatlarında belə PKK-çılara göz açmağa imkan vermir.

Snayperlər ərazidə müşahidə apararaq, kəşfiyyat hücumları həyata keçirməyə çalışan terrorçuları vurur və bu yolla həm PKK/PYD-nin qarşısını alır, həm də türk əsgərlərinin təhlükəsizliyini təmin edir.

Türkiyə mətbuatının məlumatına görə, TSQ əməliyyat başlayandan bu vaxta qədər də snayperlərin xidmətindən yararlanıb, lakin son günlərdə bölgəyə cəlb edilən nişançıların sayı kəskin şəkildə artıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar