Türkiyə XİN rəhbəri Tillersondan tələb etdi: “PYD/YPG-nin Menbicdən çıxması lazımdır”

ABŞ dövlət katibi Reks Tillerson Türkiyənin Suriyanın Afrin bölgəsindən sonra Menbic bölgəsinin PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləməyi planlaşdırmasına münasibət bildirib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə. R. Tillerson deyib ki, Menbic strateji cəhətdən çox önəmli bir şəhərdir, ABŞ Menbic bölgəsinin və Menbic şəhərinin müttəfiq qüvvələrin nəzarətində olmasını, başqa hər hansı bir gücün bura daxil olmasını istəmir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, PYD/YPG-nin hücumları nəticəsində Türkiyədə insanlar həyatını itirir: “2016-cı ildə ABŞ Menbiclə bağlı Türkiyəyə söz vermişdi, bu sözlər yerinə yetirilmədi. Bir dəfə PYD/YPG-nin Fərat çayının şərqinə çəkdiklərini anlatmaq üçün Türkiyədən bir heyət çağırıldı. Daha sonra gördük ki, PYD/YPG Menbicdən çıxarılmayıb. Menbic əhalisinin 95 faizi ərəblərdirsə, PYD/YPG-nin burada olması heç vaxt sabitliyi təmin etməz. PYD/YPG-nin Menbicdən çıxması lazımdır”.

R. Tillerson ABŞ və Türkiyə arasında ortaq mexanizm yaradılacağını və ilk növbədə Menbic məsələsinin müzakirə olunacağını, bütövlükdə Suriyanın şimalı ilə bağlı müzakirə aparılacağını qeyd edib: “Suriyada parçalanma olmadan münaqişənin həllinə nail olmaq istəyirik. Türkiyə ilə münasibətlərimiz davamlı və strateji xarakter daşıyır. ABŞ və Türkiyənin Suriyada birlikdə çalışması önəmlidir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar