Çavuşoğludan Tillersonun üzünə sərt sözlər - "ABŞ bizə dedi ki..."

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə «Suriya demokratik qüvvələri» (SDQ) koalisiyasının tərkibində olan «Xalq özünümüdafiə qüvvələri» adlı kürd silahlı qruplaşmaların Mənbicdən çəkilməsi məsələsində Amerika Birləşmiş Ştatlarından (ABŞ) təminat gözləyir.

Bu barədə, Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ABŞ dövlət katibi Reks Tillersonla Ankarada keçirdiyi birgə mətbuat konfransında bəyan edib. Konfransdan yayımı «A Haber» telekanalı həyata keçirib.

«ABŞ bizə verdiyi sözün heç birinin arxasında dayanmayıb. ABŞ bizə dedi ki, kürd qrupları Mənbicdən Ərəfat çayının şərqinə çəkiləcək. Əvvəlcə onlar Mənbicdən getməlidirlər» - deyə, Çavuşoğu bildirib.

Bundan əvvəl, «Röyter» agentliyi Türkiyəli məmura istinadla xəbər vermişdi ki, Türkiyə tərəfi özlərinin silahlı qüvvələrinin Mənbicdə birlikdə yerləşdirilməsini ABŞ tərəfinə təklif etmişdi.

Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan artıq bir neçə dəfə bəyan edib ki, Suriyanın şimalında Türkiyənin apardığı «Zeytun budağı» əməliyyatı Mənbic şəhərinə də gedib çata bilər və ABŞ qüvvələrinin buradan çıxmasını israrla tələb edib.

Bu ərazi «Suriya demokratik qüvvələri» kürd koalisiyasının və «Xalq özünümüdafiə qüvvələri»nin nəzarəti altındadır. Türkiyə hər iki təşkilatı terrorçu hesab edir. «Xalq özünümüdafiə qüvvələri» isə ABŞ-ın hərbi və siyasi dəstəyi altındadır.

Xeyli maraqlıdır ki, ABŞ Suriyada terrorçularla mübarizə apardığını bəyan etdiyi bir vaxtda, digər terrorçu ilə işbirliyi yapır. Məntiqi sual - kimə qarşı?

Başqa tərəfdən, Türkiyə də, ABŞ da NATO üzvü ölkələrdir, başqa sözlə, formal olaraq hərbi müttəfiq sayılırlar. Sual - bu necə müttəfilikdir ki, onlardan biri (ABŞ) digərinə qarşı (Türkiyəyə) NATO üzvü olmayan və Türkiyə tərəfindən terrorçu elan olunmuş üçüncü tərəflə işbirliyinə qol qoyur?! Ümumiyyətlə, ABŞ-ı belə davranmağa vadar edən nədir?

Bu suallara cavab axtararkən, nəzərlər yenə də avtomatik olaraq, «beynəlxaq sionizm»ə yönəlir və İsrailin mərhum Baş naziri Ariyel Şaronun sözləri bir daha yada düşür: «ABŞ-ı yəhudilər idarə edirlər, amerikalılar özləri də bunu bilirlər...».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar