Ermənistan-Rusiya birləşmiş qoşununa komandan təyin olunub

Ermənistan-Rusiya Birləşmiş Qoşun Qrupunun komandanı general-mayor Tiqran Parvanyan təyin olunub.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Serj Sarqsyan fərman imzalayıb.

Tiqran Parvanyan bundan əvvəl Ermənistan Silahlı Qüvvələri Birinci Ordu Korpusunun komandanı vəzifəsində işləyib. Onun yerinə polkovnik Ararat Melkumyan təyin olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar