Cəlilabadda borca görə 44 yaşlı kişini döyüb xəstəxanalıq etdilər

Cəlilabad rayon sakini borca görə döyülüb. Rayonun Məmmədrzalı kənd sakini, 1974-cü il təvəllüdlü Rahil Balabəy oğlu Məmmədov ağır bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra Cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, R.Məmmədov bir neçə ay bundan əvvəl rayonun Suluçeşmə kənd sakini İsrafil adlı şəxsə nisyə noxud satıb. Üstündən bir neçə ay keçməsinə baxmayaraq, həmin şəxs noxudun pulunu qaytarmayıb. Bunu görən R.Məmmədov bazara gələrək həmin şəxsdən borcunu istəyib. İsrafil adlı şəxs bazarda qardaşı ilə birgə Rahili yerə yıxaraq başına və bədəninin müxtəlif hissələrinə küt alətlərlə zərbələr endirib.

Faktla bağlı araşdırma aparılır. (Report)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar