Yaponiyada vətəndaşlar 70 yaşda da pensiyaya çıxa biləcək

Yaponiyanın Nazirlər Kabineti ölkə vətəndaşlarına 70 yaşdan sonra pensiyaya çıxmaq imkanı verən proqramı təsdiqləyib. Proqramda təsdiq olunan tədbirləri 2020-ci ildə tətbiq etmək planlaşdırılır.

Proqramın təsdiqlənməsi isə hökumət tərəfindən zəruri addım kimi qiymətləndirilib. Belə ki, bunun səbəbi Yaponiyada işçi qüvvəsinin çatışmazlığı ilə izah olunur.

Qeyd edək ki, hazırda Yaponiyada mövcud qanunvericiliyə görə, vətəndaşlar 65 yaşda pensiyaya çıxa bilərlər.

Bundan başqa, qanunvericiliyə görə, 60-70 yaş arası olan vətəndaşların isə istənilən vaxt pensiyaya çıxmaq hüququ var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar