Doqquz partiya Saakaşvilinin Ukraynaya qaytarılmasını tələb etdi! - «Batkivşina» başda...

saakashvili-yeni1«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ukraynanın sabiq Baş naziri Yuliya Timoşenkonun rəhbərlik etdiyi «Batkivşina» partiyası başda olmaqla, ölkənin 9 partiyası Odessa vilayətinin sabiq qurbernatoru Mixail Saakaşvilinin Ukraynaya qaytarılmasını tələb edib ki, o, öz hüquqlarını məhkəmə qaydasında müdafiə edə bilsin.

Bu barədə bəyanatı aşağıdakı partiyalar imzalayıb: «Batkivşina», «Demokratik alyans», «Vətəndaş mövqeyi», «Xalq nəzarəti», «Ukraynanın Avropa Partiyası», «Özünəkömək birliyi», millətçi «Azadlıq» patiyası, «Xvilya» və Saakaşvilinin özünün başçılıq etdiyi «Yeni qüvvələr birliyi» partiyaları.

Saakaşvili sənədi özünün «Tvitter»ində dərc edib: «Biz, Mixail Saakaşvininin Ukraynaya qaytarılmasını, öz hüquqlarını və ləyaqətini Ukraynada - Ukrayna və beynəlxalq hüquq normaları çərçivəsində məhkəmə qaydasında qorumaq üçün, ona imkan yaradılmasını tələb edirik» - bəyanatda deyilir.

Partiyalar hesab edirlər ki, Saakaşvilini ölkədən çıxartmaqla, Ukrayna hakimiyyəti ona qarşı siyasi zorakılıq həyata keçirib, insan hüquqlarını prozub və Ukraynanın beynəlxalq aləmdəki nüfuzuna böyük zərbə vurub.

«Dünya liderlərini və diplomatlarını Ukrayna hakimiyyətinin əl atdığı siyasi repressiyalara prinsipial qiymət verməyə çağırırıq» - deyə, bəyanatda qeyd olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar