Meksikada güclü zəlzələ olub - VİDEO

Meksikanın Oaxaka ştatında 7,2 bal gücündə zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə Avropa Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yerli vaxtla saat 17:39-da qeydə alınan yeraltı təkanların episentri Pinotepa de Don Luis şəhərindən 30 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Məlumata görə, bəzi yaşayış binalarında çatlar əmələ gəlib.

Yeraltı təkanlar paytaxt Mexikoda hiss olunub. İnsanlar təşviş içərisində küçəyə qaçıblar. ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların maqnitudası 7,5 təşkil edib.

Qeyd edək ki, 2017-ci il sentyabrın 7-si və 19-da Meksikada baş verən güclü zəlzələlər yüzlərlə insanın həyatına son qoyub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar