SOCAR-ın ötən il Gürcüstana yatırdığı investisiyanın həcmi açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2017-ci ildə Gürcüstana yatırdığı investisiyanın həcmi 52,1 mln. ABŞ dolları təşkil edib.

Bu barədə “Report”a SOCAR-ın Gürcüstandakı törəməsi “SOCAR Energy Georgia” şirkətindən bildirilib.

Qeyd olunub ki, “SOCAR Energy Georgia”nın tərkibinə daxil olan bütün şirkətlər tərəfindən Gürcüstan büdcəsinə 2017-ci ildə 116 mln. dollar məbləğində vergi ödənilib.

Qeyd edək ki, SOCAR-ın Gürcüstanda fəaliyyəti “SOCAR Energy Georgia” şirkəti vasitəsilə həyata keçirilir. “SOCAR Energy Georgia" 2006-cı ildə yaradılıb.

“SOCAR Energy Georgia” MMC Tbilisi şəhəri istisna olmaqla bütün Gürcüstan üzrə regional qaz distribusiya şəbəkəsinin 95%-ni idarə edir. SOCAR Gürcüstan bazarında Azərbaycan və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını da həyata keçirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar