“DəmirBank”ın əmanətçilərinə 38 milyon manatdan çox kompensasiya ödənilib

Dərc olunub: 17/02/2018 - 12:44

Demir Bank logoƏmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsini davam etdirir və 17 fevral 2018-ci il tarixinə qədər əmanətçilərə nağdsız qaydada 38 milyon manatdan artıq kompensasiya ödəyib.

Fonddan Trend-ə verilən məlumata görə, Azərbaycan iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir. Bu addım ödəniş prosesinin şəffaf keçirilməsinin bariz nümunəsidir və qorunan əmanətçilər tərəfindən rəğbətlə qarşılanır. Kompensasiyaların ödənilməsi “KapitalBank”-ın 26 filialında aparılır.

Kompensasiyaların ödənilməsi prosesi 1 fevral tarixindən başlanılıb və qorunan əmanətçilər kompensasiyaların ödənilməsi üçün 1 (bir) il müddətində müraciət edə bilərlər.


loading...




Fikrinizi bildirin