Türkiyə möhtəşəm silah hazırlayır – FOTO

Türkiyənin ASELSAN şirkətinin hazırladığı Erkən Xəbərdalıq Radar Sisteminin ilk 4 ədədi 2021-ci ildə orduya təhvil veriləcək. Axar.az xəbər verir ki, 2011-ci ildə başlayan layihənin həyata keçirilməsi ilə Türkiyə 600-700 kilometr radiusda hər hansı hücum barədə daha tez məlumat almaq imkanına sahib olacaq.

Məlumata görə, yaradılan sistem hava-hava, hava-yer, alçaqdan uçan, anti-radiasiya raketlərinə, həmçinin, aşağı sürətli PUA, helikopter və təyyarələrə qarşı istifadə ediləcək.

Türkiyənin hazırladığı möhtəşəm sistem eyni zamanda kiberhücumlara tab gətirə biləcək şəkildə qurulur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar