BAKIDAN TÜRK ORDUSUNA AFRİN DƏSTƏYİ - Türkiyədə gündəm oldu + VİDEO

Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlının “Zeytun budağı”na Azərbaycan türklərinin də dəstəyini  nümayiş etdirən mahnısı qardaş ölkədə böyük rəğbətlə qarşılanıb.  

Bəstəkar və ifaçı Şəmistan Əlizamanlı Əhməd Cavadın sözlərinə türk əsgərlərinə həsr olunmuş “Yürüyün, əsgər, yürüyün” mahnısını bəstələyib.

Türk ordusunun sivillərə qarşı həssaslığının da qeyd olunduğu bəstədə eyni zamanda qardaş ölkə əsgərlərinin məsum vətəndaşların imdadına yetişdiyi vurğulanır.

Şəmistan Əlizamanlının bu mahnısına Türkiyə mediası da geniş yer ayırıb. Bunun Azərbaycanın Türk ordusuna növbəti dəstəyi olduğu bildirilib.

"AzPolitika.info"

635x100

Şərhlər

Zaura 2018-02-17 12:52:56

ZAUR QARDAŞ BƏLKƏ HƏRBİ VƏ BAŞQA KÖMƏLKƏR DƏ EDİLİR,ANCAQ AÇIQLANMIR. BİZ TÜRKİYƏ GÜVƏNDİYİMİZ KİMİ TÜRKİYƏ DƏ BİZƏ AZ DA OLSA GÜVƏNİR YƏDQİN Kİ MÜƏYYƏN KÖMƏKLƏR DƏ ALIR. ALLAH TÜRK QARDAŞLARTIMIZI QORUSUN BU MÜHARİBƏDƏN QƏLƏBƏ İLƏ ÇIXSIN

ali 2018-02-17 12:52:56

Əziz Zaur.Vətənpərvərliyiyiniz alqışa layiqdir!!!!!!!!! Ancaq NATO-nun ən güclü ordularindan birincilərindən sayılan TÜRK ordusunun bizim hərbi köməkliyə ehtiyacı olmaz.AMMA və yenə AMMA TÜRK ORDUSU NATO-da ona görə ən güclülərdəndir ki O VƏTƏNPƏRVƏRLİKLƏ DÖYÜŞKƏN RUHU İLƏ QÜDRƏTLİDİR.Səmistan öz şərqisiylə Azəribaycanda hec bir kəsin və bir də deyirəm HEC BİR KƏSİN ETMƏDİYİN ETDİ.SƏMİSTANA CAN SAGLIGI ARZULAYIN BƏSİDİR.

zaur 2018-02-17 12:52:56

AZƏRBAYCAN İLK NÖVBƏDƏ ŞARKILI YOX,HƏRBİ DƏSTƏK GƏNDƏRMƏLİ İDİ.NECƏ OLUR Kİ AMERİKA ƏFQANISTANDA VƏ YA YAXIN ŞƏRQDƏ ANTİTERROR ƏMƏLİYYATI APARANDA TEZ ÖZÜMÜZÜ DÜRTÜRÜK ORA,BEYNƏLMİLƏL DƏSTƏ GÖNDƏRİRİK.AMMA QARDAŞ DEDİYİNİZ TÜRKİYƏYƏ HEÇ YALANDAN DA OLSA HƏRBİ KÖMƏK TƏKLİF ELƏMİRSİNİZ?XORUZUN QUYRUĞU BURADA GÖRÜNÜR.

Son yazılar