Ötən il Azərbaycanın idxal etdiyi taxılın həcmi açıqlanıb

taxil dasimaÖtən il Azərbaycan taxıl idxalına 227 mln. ABŞ dolları vəsait xərcləyib.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, taxılçılıqda nəzərəçarpan nəticələr əldə edilib: "Ötən il Azərbaycan 1,2 mln. ton taxıl idxal edib, halbuki 2016-cı ildə idxalın həcmi 1,6 mln. ton olub. İdxal olunan taxıl 1-ci, 3-cü sinif taxıldır".

H.Əsədov xaricdən müvafiq kombaynların alınacağını və bununla bağlı artıq müqavilələrin olduğunu da qeyd olub: "Kombaynların gətirilməsinə bu ilin aprel ayından başlanılacaq. Bu il, ümumilikdə, 190 ədəd kombaynın alınması nəzərdə tutulur".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar