Azərbaycan-Britaniya hərbi əməkdaşlıq planı imzalanıb

Dərc olunub: 17/02/2018 - 13:56

535b861f59c37be02371e5e40c33b328London şəhərində Azərbaycan və Böyük Britaniya müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, eləcə də regional təhlükəsizlik və digər maraq doğuran məsələlər müzakirə olunub.

Danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2018/2019-cu maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.


loading...




Fikrinizi bildirin