Türklər Macarıstanda PKK tərəfdarları ilə üz-üzə gəldi - VİDEO

Macarıstandakı PKK tərəfdarları Türkiyə səfirliyinin qarşısına yığışaraq Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatına etiraz ediblər. Bu barədə Milli.az xəbər verib.

Macarıstanda yaşayan Azərbaycan və Türkiyə türkləri etiraz aksiyası keçirən PKK tərəfdarlarının cavabını layiqincə veriblər. Belə ki, səfirliyin qarşısına yığışan həmvətənlərimiz  türklərlə birlikdə "Şəhidlər ölməz, vətən bölünməz!", "PKK terror təşkilatıdır!" şüarları səsləndiriblər. Onlar birlikdə İstiqlal marşını oxuyublar.

Nəticədə 30 nəfərdən ibarət PKK tərəfdarları ərazini tərk etməyə məcbur qalıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar