Telefon oğruları saxlanıldı

Ötən gün mobil telefon oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Nəsimi RPİ 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da xətt avtobusunda Bakı şəhər sakini Nemət Həsənovun cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Nazim Salmanov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Məmmədov saxlanılıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar