Böyük Britaniyada 5 maqnitudaya yaxın zəlzələ baş verib

Şənbə günü Böyük Britaniyada 4,7 maqnituda gücündə zəlzələ baş verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 18:31-də, Uelsin paytaxtı Kardiffdən 49 km şimal-qərbdə qeydə alınıb.

Zəlzələnin ocağı yerin 10 km dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar