“Ramin Musayevin dedikləri “Neftçi”yə açıq-aşkar təzyiqdir” - Kamran Quliyev

“Neftçi”nin yeni prezidenti Kamran Quliyev komandanın baş məşqçisi Tərlan Əhmədov barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Qol.az saytında səsləndirdiyi fikirlərə münasibət bildirib.

O, Qol.az saytı üçün yazılı açıqlamasında Ramin Musayevi uzun illərdir tanıdığını və ona böyük hörməti olduğunu söyləyib:“Amma Ramin müəllimin saytınıza məlum açıqlamasına çox təəssüfləndim. Bu, vacib oyundan öncə ölkənin ən köklü və titullu klubuna qarşı açıq-aşkar təzyiqdir. Musayevin baş məşqçimizi “öz üsulları ilə” cəzalandıracağını deməsi “Neftçi” kimi ad-sanlı komandaya, baş məşqçimizə və futbolçularımıza oyunöncəsi psixoloji cəhətdən çox pis təsir edə bilər. İstənilən halda ümidvaram ki, bu gün güclü olan qalib gələcək.

Bir məsələni də xüsusi vurğulayım ki, “Neftçi”yə kənardan heç kim nəinki baş məşqçi, heç sıravi işçi də təyin edə bilməz. Klubun öz rəhbərliyi var! “Neftçi”nin prezidenti olaraq baş məşqçimizin və futbolçularımızın arxasındayam. Bu komandanın baş məşqçisinə heç kim nəinki cəza, heç tapşırıq da verə bilməz!”

Xatırladaq ki, R.Musayev Qol.az-a açıqlamasında T.Əhmədovdan incidiyini, onun davranışları ilə özünə ziyan vurduğunu və onu öz üsulları ilə cəzalandıracağını deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar