Cüdoçularımız Avropa açıq birinciliyində 2 qızıl və 1 gümüş medal qazanıb

Avstriyada Avropa açıq birinciliyi keçirilir. Yarışın ilk günü milli komandamız üçün uğurlu olub. Belə ki, millimiz aktivinə 2 qızıl və bir gümüş medal əlavə edib.

“Report” xəbər verir ki, təmsilçilərimizdən Mehman Sadıqov (60 kq) və Orxan Səfərov (66 kq) qızıl medala sahib olublar. Telman Vəliyev (73 kq) isə gümüş medal əldə edib.

Qeyd edək ki, 42 ölkədən 285 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan milli komandası 18 cüdoçu ilə təmsil olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar