«Çinlə müharibəyə hazırlaşmağı məsləhət görürəm» - Amerikalı admiral

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Avstraliyaya yeni təyin olunmüş səfiri, admiral Harri Harris bəyan edib ki, ABŞ hakimiyyəti «fəal şəkildə» Çin Xalq Respublikası (ÇXR) ilə silahlı münaqişəyə hazırlaşmalıdır.

«TheGuardian»-nın yazdığına görə, admiral izah edib ki, Pekin «daim özünün hərbi gücünü artırır» və tezliklə Çin ordusu Cənubi-Çin dənizində ABŞ ordusundan güclü olacaq. Bundan başqa, hazırda Çin mübahisəli adalarda 8 hərbi obyektin tikintisini aparır. Harrisin fikrincə, Vaşinqton bu təhlükəni hələ də qulaqardına vurur.

Admiral əlavə edib ki, müharibədən qaçmaq üçün bütün səyləri göstərmək, amma istənilən halda, müharibəyə hazır olmaq lazımdır.

Bundan əvvəl, ÇXR-nın ABŞ-dakı səfiri Tsuy Tyankay bəyan edib ki, «daim Çinə göstərilən təzyiqlər» təhlükəli nəticələrə gətirib çıxara bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar