Ay da, Duterte, ağ eləmə də... - Daha bu qədər ucuz olmaz axı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Filippinin Prezidenti Rodriqo Duterte hər öldürülmüş kommunist üsyançı üçün öldürənə 500 dollar «mükafat» vəd edib.

Filippin lideri əmindir ki, bu yolla ölkəsinin hərbi xərclərini azaltmaq ona müyəssər olacaq (DailyMail).

Dutertenin sözlərinə görə, bu qərar üsyançılarla tezliklə «hesab çürütməyə və nəticədə, büdcə pullarına qənaət etməyə» imkan yaradacaq.

«Mən, hesaladım ki, bu (üsyançılarla müharibə - red.), dörd il uzansa, çox baha başa gələcək. Çünki bu - müharibədir. Əgər mən, sadəcə hər üsyançının həyatı üçün 25,0 min peso ödəsəm, o zaman 47,0 faizə qədər vəsaitə qənaət edərəm...».

Filippin Prezidenti onu da qeyd edib ki, üsyançıların öldürülməsi ovçular üçün problem olmaz, nədən ki, insanları öldürmək, quşları öldürməkdən asan olacaq - insanların başları yekədir.

Bu məqamda, «Malades, Duterte!» deməkdən başqa çarə qalmır. Gör, 21-ci əsrdə dövlətləri kimlər idarə edirlər...

Mirzə AĞ

635x100

Şərhlər

G.M 2018-02-17 22:25:59

Hakımıyyət papulıst çıxışlarla idarə olunanda..Təsadüfi adamlar dolayı yollarla iqtıdara gələndə ,sonu Duterte olur.

Son yazılar