Donmuş halda meyiti tapılan zəhranın ölüm səbəbi AÇIQLANDI
Baxiş sayı:
Dərc olunub:
17/02/2018 - 22:50
Rusiya İstintaq Komitəsi Yeni Moskvada üç yaşlı azərbaycanlı Zəhra Rzayevanın ölümünün səbəbini açıqlayıb.
Oxu.az xəbər verir ki, ilkin araşdırmalara əsasən, azyaşlı ürək çatışmazlığı nəticəsində dünyasını dəyişib.
Bildirilir ki, KİV-də uşağın uzun müddət şaxtalı havada nəzarətsiz qalması ilə bağlı yayılan məlumatlar təsdiqini tapmayıb.
Ekspertiza göstərib ki, Zəhra Rzayeva donma nəticəsində vəfat etməyib, həmçinin onun bədənində xəsarət izləri aşkarlanmayıb.
Hüquq-mühafizə orqanlarından bildiriblər ki, gəzinti zamanı azyaşlının ürəyi dayanıb. Təcili tibbi yardım çağırsalar da, tibb işçiləri uşağın həyatını xilas edə bilməyib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.