Xanım, siz hədsiz dərəcədə açıq-saçıqsınız!

Birisi yazır: Bir yay günü, ağ sarafan kofta geyinmiş və gözəl-göyçək formada, supermarketdə növbəyə dayanmışdım. Arxamda bir kişi durmuşdu - əlində də zənbili. Birdən o, mənə tərəf əyildi və dedi:

- Xanım, siz həddən artıq açıq-saçıqsınız...

Oy, mən az qala, yerimdə hoppanmışdım! Fikirləşdim ki, yəqin sarafanın aşağısı qalxıb və alt paltarım görünür, ya da ki, dekoltemin düymələri xaincəsinə açılıb. Amma yox! Nəzərimi aşağıya yönəldərkən, gördüm ki, zəmbilin ağzı tam açıqdır və pul kisəm «göz oxşayır».

Mənim «bərəlmiş» gözlərimi görən kişi, səmimiyyətlə çiynimə toxunaraq, dedi:

- Ay qız, siz ətrafdakılara bu qədər açıq-saçıq olmazdınız... Yaxşı ki, mən belə halal adamam. Amma bax, başqa birisi sizin pul kisənizi aparardı!

Göydən neçə alma düşdü?...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar