Salyanda 10 ton ot bağlaması yanıb, 5 baş heyvan tələf olub

Salyanda yanğın baş verib. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Şorsulu kəndində ümumi sahəsi 245 m² olan tövlədə baş verib. Nəticədə tövlənin taxta atmaları, içərisinə yığılmış 20 ton ot bağlamasının 10 tonu və kisələrə yığılmış 2 ton buğdanın 500 kiloqramı yanıb. Yanğın zamanı tövlədə olan 5 baş heyvan tələf olub. Ot bağlamasının, buğdanın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar