Sarkisyan Münhendə Cəfərova Azərbaycan dilində müraciət edib

Münhen Təhlükəsizlik Konfransının panel sessiyasında Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi, gənc diplomat Sədi Cəfərov Ermənistan prezidenti Serj Sarkisyana suallarla müraciət edib.

Virtualaz.org-a diplomatik mənbələrdən məlum olub ki, erməni prezidenti nitqini tamamladıqdan sonra diplomata yaxınlaşıb və onunla Azərbaycan dilində danışıb.

Azərbaycan diplomatı çıxış edən S.Sarkisyana müraciət edərək qeyd edib ki, öz işğal siyasətinə görə Ermənistan bu gün bütün regional iqtisadi və nəqliyyat layihələrindən kənarda qalıb.

Panelin moderatoru, sualların Ermənistanın çıxış edən prezidentini pis vəziyyətdə qoya biləcəyindən ehtiyat edərək, Azərbaycan diplomatının sözünü kəsməyə çalışıb. Ancaq Sədi Cəfərov öz nitqini davam etdirib və bildirib ki, Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirib.

Diplomat qeyd edib ki, Qarabağ münaqişəsinin nizama salınması üçün Ermənistan işğal edilmiş əraziləri azad etməli, qaçqınlar öz evlərinə qayıtmalıdırlar və Ermənistan regional layihələrdə yalnız bundan sonra iştirak edə bilər.

Serj Sarkisyan birbaşa cavabdan yayınıb və Ermənistanın iqtisadi inkişafından danışmağa başlayıb, hansı ki, onun sözlərinə görə, adambaşına düşən gəlirə görə region ölkələrini qabaqlayır. Sarkisyanın məntiqinə görə, Ermənistan təcrid vəziyyətində olmasına baxmayaraq, inkişaf etməkdə davam edir.

Serj Sarkisyan öz çıxışını tamamladıqdan dərhal sonra Sədi Cəfərova yaxınlaşıb və Azərbaycan dilində soruşub: "Haralısan?". Gənc diplomat cavab verib ki, Qarabağ sakinidir. Bundan sonra Sarkisyan susub və tədbirin keçirildiyi yeri tərk edib.

635x100

Şərhlər

Murad 2018-02-18 10:40:15

Daqliq Qarabaq problemini hell etmek uchun ilk tedbirler : 1) Azerbaycan hakimiyyeti Putinden ASILI OLMAMALIDIR. 2) DTX, hakimiyyetin BUTUN strukturlarinda ve Ordu zabitleri arasinda olan " Kreml cesuslarini" IFSHA ETMELIDIR. 3)Azerbaycanda ishleyen insanlarin ayliq emek haqqi - maashlari YUKSEK OLMALIDIR Ermenistan ile muqayisede. 4)XIN naziri E. Memmedyarov ISTEFAYA CHIXMALIDIR. 5) Minsk Qrupu hemsedrlerinin BOSHBOQAZLIQINA SON QOYULMALIDIR. 6)RUSHVET-KORRUPSIYANI TOREDEN SEBEBLER YOX OLMALIDIR.

türk 2018-02-18 10:40:15

O biqeyrətin dədəsi rəhmətlik Kərəm kişidir.

Bəhram Qarabağlı 2018-02-18 10:40:15

Problem ondadır ki, Sədi Cəfərov hədsiz gənc diplomat və xarici-xəyali təbliğata uymuş terrorbaşçısı S.Sərgisyan isə hədsiz bic siyasətçidir. Qanlı-siyasi Qarabağ terrorunun geniş miqyaslı azərbaycanlı genosidi atəşkəs müqaviləsi ilə də təsdiqlənib. Coğrafi-siyasi vəziyyət 30 ildir Azərbaycanı və Dağlıq Qarabağın özünü də hərbi əsarətdə saxlamaqdadır?

Əli 2018-02-18 10:40:15

BÖYÜK İŞ OLUBDUR? DÜŞMƏNDİR DƏ BİR KƏLMƏ DEMƏKLƏ TORPAQLARIMIZI QAYTARACAQ?

Redaktor 2018-02-18 10:40:15

Yazini oxuyub qurtaranda elə kovrəldim ki az qaldi gozumdən yaş sel kimi axsin. Bilmədim gulum sevinim, ya da kədərlənib, məyus olum. Bəlkə millət sizin bir məsləhətiniz ola. 25 ildir Sədinin sozunu kim demir ki, bu erməni diğalari desəkdə, torpaqlarimizin fakt 20 faizinə sahib cixib, hec nədən cəkinməyən nadurustlərə ki? Beynəlxalq regional muqavilələr gərəklidir, ya Qarabağda işğal altinda olan torpaqlarimiz cənab Sədi Cəfərov bəlkə sizdə bu suala Azərbaycan dilində cavab verəsiniz?

Son yazılar