Pentaqon rəhbəri Gürcüstanın baş naziri ilə regional təhlükəsizliyi müzakirə edib

ABŞ-ın müdafiə naziri Ceyms Mettis fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və müdafiə naziri Levan İzoriya ilə görüşüb.

APA-nın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə Pentaqonun mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, görüşün məqsədi müdafiə və regional təhlükəsizlik məsələlərinin müzakirəsi olub.

“Müdafiə naziri Ceyms Mettis Gürcüstanda hərbi islahatların aparılmasındakı əhəmiyyətli irəliləyişi, Gürcüstan Silahlı Qüvvələrinin təhlükəsizliyinin təmin edilməsində ABŞ-ın dəstəyini, habelə Gürcüstanın döyüş hazırlığının yüksəldilməsi məqsədi ilə davam edən tərəfdaşlığı müzakirə ediblər”, - deyə məlumatda bildirilir.

Təyyarənin göyərtəsində jurnalistlərlə söhbət zamanı Ceyms Mettis Gürcüstan və Ukrayna rəhbərləri ilə görüşlərinə toxunaraq, ABŞ-ın bu ölkələrin suverenliyi və müstəqilliyini dəstəklədiyini bildirib.

Ukrayna prezidenti P.Poroşenko görüş zamanı Donbasdakı vəziyyət və BMT sülhməramlılarının bölgədə yerləşdirilməsinin vacibliyi müzakirə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar