İranda zəlzələ olub

İranın şimalında 4,3 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə "IRNA" agentliyi Tehranın Geofizika Universitetinin Seysmoloji Mərkəzi İnstitutuna istinadən məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Semnan vilayətində qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Yerli administrasiyanın nümayəndəsi Muhmad Rza Haşimi bildirib ki, zəlzələ zamanı heç kim xəsarət almayıb. Dağıntı yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar