İsrail aviasiyası yenidən Qəzza zolağını bombalayıb

İsrail hərbçilərinin sərhəd yaxınlığında minaya düşməsinə cavab olaraq aviasiya Qəzza zolağındakı altı hədəfə zərbələr endirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hədəflər arasında Qəzza zolağından İsrail istiqamətində qazılan tunel, Xan Yunis və Deyr əl Balah şəhərlərində hərbi bazalar və silah istehsalı müəssisələrin olduğu iddia edilir.

“Ümumilikdə “HƏMAS”-a aid altı hədəfə hücum edilib”, - deyə hərbçilərin məlumatında bildirilir.

Qeyd edək ki, bundan əvvəl Qəzza zolağı ilə sərhəddə 4 İsrail hərbçisi minaya düşərək yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar