Ağdaşda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Dərc olunub: 18/02/2018 - 14:35

9dcd7305-f8ea-405c-b5ee-0894e3818a8a_292Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki kəndindən keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosunun məlumatına görə, hərəkətdə olan “VAZ-2107″ markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan Göyçay rayon sakinləri – 1992-ci il təvəllüdlü Xəlilova Zülfiyyə Azad qızı, 1963-cü il təvəllüdlü Qasımova Mətanət Ağaməhəmməd qızı və onun həyat yoldaşı Azad Xəlilov, habelə nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıblar.

Yaralılardan ikisinin vəziyyəti orta-ağır, ikisinin vəziyyəti isə qənaətbəxşdir.








loading...


Fikrinizi bildirin