Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Dərc olunub: 18/02/2018 - 17:09

yagishli_hava_sulu_qar_00Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə arabir yağış yağacağı gözlənilir.

Gecə yarımadanın bəzi ərazilərində yağışın sulu qara çevrilmə ehtimalı var. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam əsasən yağmursuz keçəcək. Şərq küləyi arabir güclənəcək. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Duman olacaq, Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, axşam əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 0-5° isti, gündüz 6-10° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti təşkil edəcək.








loading...


Fikrinizi bildirin