ABŞ-ın ikinci esminesi Qara dənizə daxil olub – «Ross»a qoşulub…

Dərc olunub: 18/02/2018 - 16:34

abs esmine«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-dəniz qüvvələrinə (HDQ) məxsus «Karni» eskadra minadaşıyıcısı Qara dənizə daxil olub və bundan əvvəl hövzəyə girmiş «Ross» esminesinə qoşulub.

Bu barədə xəbəri ABŞ HDQ 6-cı donanmasının mətbuat xidməti yayıb.

İdarədə, esminesin Qara dəniz sularına daxil olmasını «dənizdə təhlükəsizliyin təmin olunması əməliyyatı» və «bölgədə sabitliyin artırılması, NATO üzvü ölkələrin və həmkarların donanmasının döyüş qabiliyyətinin yüksəldilməsi» əməliyyatı adlandırıblar.

«Biz, Qara dəniz bölgəsində sülh və sabitliyin təmin olunması üçün möhkəm əlaqələrin qurulmasının tərəfdarıyıq. Bizim burada iştirakımız bölgədə təhlükəsizliyin təmin olunması sahəsində müttəfiqlərimizə arxayınlıq gətirir» – deyə, mətbuat xidməti gəminin komandiri Brayan Qallodan sitat gətirir.

«Ross» esminesi «Aegis» tipli raket əleyhinə müdafiə sistemi (RMS) ilə təchiz olunub və «Tomaqavk» qanadlı raketləri ilə silahlanıb.

«Karni» hərbi gəmisində də «Tomaqavk» və «Harpun» raketləri yerləşdirilib. Bundan başqa, «Karni» həm də hava hücumundan müdafiə (HHM) sistemi, sualtı qeydəalma və hücum sistemləri ilə təchiz olunub.

2017-ci ilin aprelində ABŞ Suriya aviabazasına geniş miqyaslı raket zərbələri endirib. Zərbələrin endirilməsində «Ross» və «Porter» esminesləri iştirak edərək, ümumilikdə 59 ədəd qanadlı raket («Tomaqavk») atıblar.








loading...


Fikrinizi bildirin