Kişi sevdiyi qadına böyrəyini verdi, qadın ona «yox» dedi! - Britaniyada…

Dərc olunub: 18/02/2018 - 17:15

xestexana«AzPolitika.info-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Britaniyalı Simon Luis sevdiyi qadın Meri Emmanuel üçün donorluq edib və böyrəyinin birini ona verib. Əməliyyat uğurlu keçsə də həmin qadın Luisə ərə getməkdən imtina edib. Bu barədə «Mirror» nəşri xəbər verib.
Qadın bu qərarını, sağlamlığı ilə bağlı problemə görə, öz gələcəyinə əmin olmadığı səbəbilə verib.
Meri donorundan imtina etsə də, kişi böyrəyini ona verdiyinə görə, peşimançılıq hissələri keçirmir və ümid elir ki, nə vaxtsa sevgililər bir yerdə olacaqlar. Nəşrin yazdığına görə, Simonla Merinin məhəbbəti qarşılıqlıdır və onlar dost olaraq qalmaq qərarına gəliblər.
«O, mənim ən yaxın dostumdur və dostum olaraq da qalacaq. Bizim aramızda gerçək məhəbbət var. O, mənim yolumda ölümə də gedər…» – deyə, Meri etiraf edib.


loading...




Fikrinizi bildirin