“Bakı Metropoliteni” Rusiyadan hər biri 5 vaqondan ibarət iki metro qatarı alıb

Dərc olunub: 18/02/2018 - 19:58

metro-qatar-vaqonRusiyanın “Metrovaqonmaş” şirkəti Azərbaycana “81-765/766″ modelində 5 vaqondan ibarət iki metro qatarı satacaq.

APA-nın “finmarket.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Metrovaqonmaş” şirkətinin tərkibinə daxil olduğu “Transmaşxoldinq” məlumat yayıb.

Vaqonların istismar müddəti 31 ildir. İlk qatarın Bakıya bu ilin martında çatdırılması planlaşdırılıb. Müqavilə üzrə ikinci qatar da 2018-ci ildə Bakıya çatdırılmalıdır.

Qeyd edək ki, “Metrovaqonmaş” şirkəti 1967-ci ildən “Bakı Metropoliteni” QSC-ni vaqonlarla təmin edir. Hazırda “Bakı Metropoliteni”ndə bu şirkətin istehsalı olan 280 vaqon var. Sonuncu dəfə Bakıya “81-760.B/761.B/763.B” modelində hər birində 5 vaqon olmaqla, 3 qatar gətirilib.


loading...




Fikrinizi bildirin