Xaçmazda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb – Yenilənib

Dərc olunub: 18/02/2018 - 22:30

Qezada-sinmish-padpres-180912Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda baş verən qəzada xəsarət alan 3 nəfərdən biri dünyasını dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, xəsarət alan “VAZ 2106″-nın sürücüsü, 1973-cü il təvəllüdlü Elçin Əliyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnə qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, xəsarət alan şəxslər Qubanın Nügədi kənd sakinləri – 1973-cü il təvəllüdlü Elçin Əliyev, 1995-ci il təvəllüdlü Cavid Zülfüqarov və 1966-cı il təvəllüdlü Iftixar Hacıyevdir. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

***

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, “VAZ 2106″ markalı avtomaşınla “KamAZ” markalı avtomaşın toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Deformasiyaya uğrayan maşından meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.

Faktla bağlı araşdırmalar aparılır.








loading...


Fikrinizi bildirin