«ƏTRAFI TRAMPI AĞILDANKƏM HESAB EDİR» – Tramp haqqında kitabın müəllifi

Dərc olunub: 18/02/2018 - 22:14

TRAMP KI«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «Od və qəzəb: Trampın Ağ Evində» adlı qalmaqallı kitabın müəllifi jurnalist Maykl Vulff Fransanın «Journal du Dimanche » həftəliyinə müsahibəsində danışıb ki, Amerika Birlişəmiş Ştatları (ABŞ) Prezidentinin yaxın müşavirələrinin əksəriyyəti onu ağıldankəm hesab edir.

«Bu kitab siyasi baxımdan qərəzli deyil. Mən demirəm ki, prezidenti idiot hesab edirəm və ya onun fəaliyyətinə qarşı çıxıram. Mən, yalnız onun belə düşünən ətrafının sözlərini təkrar verirəm» – deyə, Vulff bəyan edib.

Jurnalistin sözlərinə görə, «yaxın ətrafının sorğu edilmiş nümayəndələrinin 100 faizi hesab edir ki, Tramp «prezident vəzifəsi üçün yaranmayıb və hətta «hesab edirlər ki, Tramp bu posta təqdim oluna biləcək namizədlərin ən pisidir».

«Bu nöqteyi-nəzərə qarşı heç bir qənaəti ortaya qoymaq mümkün deyil, çünki hamı belə düşünür, həmçinin ona ən sadiq olanlar da. Onlar bu nəticəyə o vaxtdan gəliblər ki, görüblər – Tramp informasiyanı böyük çətinliklə qəbul edir və ya şəxsi qərarını çətinliklə verə bilir. Belə ki, o, heç nə oxumur və heç nəyə qulaq asmır» – deyə, Vulff danışıb.

Bununla bərabər, bir neçə dəfə Trampla şəxsən görüşmüş jurnalist qeyd edir ki, ABŞ Prezidenti «öz fikirlərini ardıcıllıqla ifadə edə bilməsə də», «başladığı sözbirləşməsini axıra çatdırmasa da», söhbətləşməyi sevən və qarşısındakını tərifləməyi bacaran» xoşagələn bir həmsöhbətdir.

«O, hətta əyləncəsevər də olur, amma uzun vaxt ərzində siyasəti, dövlət idarəçiliyini və planları müzakirə etməyə maraq göstərmir. O, yalnız özü ilə maraqlanır. Onun üçün kimin ən güclü və ya daha üstün olması maraqlı deyil. Onun istəyi bircədir – ən tanınmış olmaq və beləcə də qalmaq…» - deyə, Vulff söhbəti yekunlaşdırır.

Jurnalist Maykl Vulffun «Od və qəzəb: Trampın Ağ Evində» kitabı bu il yanvarın 9-da satışa çıxarılıb və ABŞ-da bestsellerə çevrilib. Kitabda xüsusilə qeyd olunur ki, Donald Tramp özü ABŞ Prezidenti olacağına ümid etməyib, onun arvadı Melaniyə isə «birinci ledi» olmaq perspektivindən şoka düşübmüş. Trampın bəzi müşavirləri onun psixi durumundan narahatlıq keçiriblər.

Ağ Ev Vulffun kitabında yazılanları qəti şəkildə inkar edib, Tampın şəxsi vəkili isə müəllifə və naşirə kitabın nəşrini və yayımlanmasını dayandırmaq tələbi ifadə olunmuş məktub göndərib.








loading...


Fikrinizi bildirin