“Azercell”in sabiq rəhbəri avtomobillərini nümayiş etdirdi

Dərc olunub: 18/02/2018 - 23:02

228235_res_01Azərbaycanın şanvari rabitə operatoru olan “Azercell”in sabiq rəıhbəri, keçmiş baş nazir, hazırda isə Moldovanın iqtisadiyyat və infrastruktur naziri olan Kirill Qaburiç 2017-ci il üçün əmlakı və şəxsi maraqları barədə bəyannaməni dərc edib və Moldova ictimaiyyətində birmənalı olmayan reaksiyaya səbəb olub.Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, Kirill Qaburiçin bahalı maşınlar həvəskarı olması bəlli olub.
Ötən il nazir “Green Property SRL” şirkətindən 7700 ley əldə edib. Onun həyat yoldaşı daha çox qazanıb: “Deplast Pro SRL”dən 2890 ley, “Propap Prim SRL”dən 4400 ley, “Sisteme IT Soluții SRL”dən 4172,7 ley və “Almor Plus SRL”dən 46500 ley.

Akin maaşınəın elə də çox olmasına baxmayaraq, Kirill Qaburiçin heyranedici var-dövləti var. Qaburiçlər ailəsinin büş torpaq sahəsi var ki, bunlardan üçü yaşayəış məntəqələrinin hüdudları daxilindədir. Onların 2006-cı ildə əldə etdikləri 135 kv.m.-lik yaşayəış ev, 2014-cü ildə əldə etdikləri 135,6 kv.m.-lik kommersiya sahələri var. Kirill Qaburiçin daha iki mənzildə payı var.
Qaburiçin qarajındakı avtomobillər isə daha çox təəccübə səbəb olub. Onun altı maşınının ümumi dəyəri 176 min avrodur. Bunlardan 2015-ci ildə istehsal edilmiş və nazirin 2016-cı ildə əldə etdiyi 65200 avroluq “Porsche Cayenne”, 2009-cu ilin istehsalı olan “BMW 750 LI” avtomobili (42477 avro) diqqəti cəlb edir. Ötən il o, 30 min avroya “Tesla S” avtomobilini alıb. Bundan başqa, ona 2015-ci ildə istehsal olunmuş “Hyundai Tucson” (26 min avro) və 5 min avroya aldığı “Mercedes 315 CDI” (2007-ci il) avtobusu məxsusdur. Qaburiçin əmlaklarının siyahısında 2012-ci ildə Azərbaycanda aldığı “BMW G650GS” motosikleti də var.








loading...


Fikrinizi bildirin